İlisu şəlaləsi
Naviqasiyaya keç
Axtarışa keç
İlisu şəlaləsi | |
---|---|
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
|
Vikianbarda əlaqəli mediafayllar |
İlisu şəlaləsi və ya Ramramay şəlaləsi — Qax rayonunda şəlalə. Şəlalə rayonun hündür ərazisində yerləşir və ona çatmaq üçün ən azı yarım saatlıq yolu piyada qət etmək lazım gəlir. Hündürlüyə qalxmağı bacarmayanlar üçün nəqliyyat vasitələri də həmin ərazidə fəaliyyət göstərir.
Şəlalənin hündürlüyü təxminən 70-74 metrdir. Şəlaləyə gedən yolda onlarla bulağa rast gəlmək mümkündür. Bu sular qayalıqların arasından keçərək, süzülərək axır. Suyu ilin fəsillərindən asılı olmayaraq soyuq olur.
Yayda şəlalənin ətrafı ekoloji cəhətdən pis vəziyyətdə olur. Bəzi yerlər məişət tullantıları ilə o qədər çirklənir ki, sanki zibilliyi xatırladır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |