Ürək kisəsi
Ürək kisəsi | |
---|---|
| |
| |
Latınca | Pericardium |
İltihabı | Pericarditis |
Qrey | subyekt 137 524 |
Arteriya | lat. rami mrdiaststinalis et aa. pericardiacophrenicae |
Vena | lat. vv. azygos, hemiazygos, pericardiacophrenicae et thyreoideae, inferiores |
MeSH | Pericardium |
Vikianbarda əlaqəli mediafayllar |
Ürək kisəsi və ya perikard (lat. pericardium) konus şəklində olub əsası diafraqmanın vətər mərkəzinə bitişmişdir və zirvəsi yuxarıda ürəyin əsasında olan damarlarla rabitədədir. Bu iki təbəqədən təşkil olunmuşdur: xarici lifli təbəqə — lifli ürək kisəsi — (lat. pericardium fibrosum) və daxili seroz təbəqə — seroz ürək kisəsi — (lat. pericardum serosum). Xarici lifli təbəqə sərt birləşdirici toxumadan təşkil olunaraq qonşu üzvlərlə rabitədədir. Daxili seroz təbəqə iki səfhəyə bölünür: xarici pariyetal səfhə — (lat. lamina parietalis pericardii serosi) və daxili visseral səfhə, yaxud epikard — (lat. lamina visseralis pericardii serosi s. epicardium). Bu səfhələr arasındakı boşluq — ürək kisəsi boşluğu — (lat. cavum pericardii) adlanır. Bu boşluq az miqdarda — 50–60 sm³ seroz maye — (lat. liquor pericardii) ilə dolu olur.
Ürək kisəsi topoqrafik cəhətcə dörd hissəyə bölünür:
1. döş-qabırğa hissəsi — (lat. pars sternocostalis)
2,3. sağ və sol orta divar hissəsi — (lat. pars mediastinalis dextra et sinistra)
4. onurğa hissəsi — (lat. pars vertebralis)
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
- Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie[ölü keçid]