Çeşməbasar
Çeşməbasar | |
---|---|
39°07′44″ şm. e. 45°31′00″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Babək rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Çeşməbasar — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kənd inzibati ərazi dairəsində kənd.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]XIX əsrin əvvəllərinə qədər kəndin ərazisi Güznüt kəndinin əkin sahəsi olmuşdur. Çeşməbasar "su basarı yer" deməkdir. Yerli sakinlər kəndin əsl adının Çeşməsara olduğunu söyləyirlər. Çeşmə (bulaq) və sara (xalis, saf) sözlərindən düzəlmiş bu coğrafi ad isə "saf su" kimi izah olunur və vaxtilə ətraf zonada karbonat bulaqların çox olması ilə əlaqələndirilir.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Arazboyu düzənlikdə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 870 | 422 | 448 |
2009[5] | ↗973 | ↗465 | ↗508 |
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]- Fəttah Heydərov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini.
- Kəmaləddin Heydərov — Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Azərbaycan bəstəkarı.
- Elbrus Əliyev Naxçıvan Muxtar Respublikasında Sədərək döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
- Tale Heydərov — "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, Qəbələ futbol klubunun prezidenti.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
[redaktə | mənbəni redaktə et]Kənddə Çeşməbasar kənd tam orta məktəbi fəaliyyət göstərir.[6]
Kənddə 1998-ci ildə "Heydər" məscidi inşa edilmiş və yerli əhalinin ibadət yeri üçün istifadəyə verilmişdir
Səhiyyə
[redaktə | mənbəni redaktə et]Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=20.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
- ↑ Çeşməbasar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 37.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 36". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.