Çaxmaqçay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çaxmaqçay çayı
Ölkə  Azərbaycan
Rayonlar
Mənbəyi Ziyarət dağı
Mənsəbi Araz
Su sistemi Araz/Kür/Xəzər dənizi
Su hövzəsi Xəzər dənizi
Çaxmaqçay (Azərbaycan)
mənbəyi
mənsəbi
Çaxmaqçay Qafqazın fiziki xəritəsində:

39°31′25″ şm. e. 46°52′46″ ş. u.HGYO

39°14′20″ şm. e. 47°03′23″ ş. u.HGYO

Çaxmaqçay[1]Araz çayının sol qoludur. XocavəndCəbrayıl rayonları ərazisindən axır. Başlanğıcını Ziyarət dağının cənub ətəktərindən götürür (1770 m yüksəklikdən). Suyunu Araz çayına çatdıra bilmir. Digər adı Quruçaydır. Başlıca olaraq yağış suları ilə qidalanır. Suvarmada geniş istifadə edilir. Cəbrayıl rayonunun Şahvəlli kəndindən şərqdə Çaxmaq dərə adlı dərədən axdığı üçün belə adlandırılmışdır. dərənin özü isə orada çoxlu çaxmaq daşının aşkarlanması ilə belə adlanır. Kiçik Həkəri çayı da yuxarı axarda Çaxmaqçay adlanır.

  1. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.128.