Turan Vəlizadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Turan Vəlizadə
Ümumi məlumatlar
Tam adı Turan Nəsimi oğlu Vəlizadə
Doğum tarixi 1 yanvar 2001(2001-01-01)[1] (23 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 175
Çəkisi 67 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan "Keşlə"
Karyerası
Gənclik karyerası
2009—2011 Azərbaycan "Neftçi" ? (?)
2011—2015 Azərbaycan "Əlincə" ? (?)
2015—2016 Türkiyə "Fənərbaxça" ? (?)
2016—2019 Azərbaycan "Qarabağ" ? (?)
Klub karyerası[* 1]
2019—h. h. Azərbaycan "Neftçi" 2 (0)
2020—h. h.   Azərbaycan "Keşlə" 0 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 21 iyul 2020 tarixində redaktə olunub.

Turan Nəsimi oğlu Vəlizadə (1 yanvar 2001[1], Göydərə, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan futbolçusu, Azərbaycan futbol klubu olan "Neftçi" PFK-nın yarımmüdafiəçisi. O, 2002–2010-cu illərdə Azərbaycanın U-15, U-17, U-19U-21 milli komandalarının tərkibində oyun keçirmişdir.

Həyatı

Turan Nəsimi oğlu Vəlizadə 1 yanvar 2001-ci il tarixində Azərbaycana daxil olan Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Göydərə kəndində anadan olmuşdur.[2] O, 3 yaşında ikən ailəsi ilə birlikdə Bakı şəhərinə köçür.

Klub karyerası

Neftçi

Turan Vəlizadə "Neftçi" PFK Futbol Akademiyasının yetirməsidir. O, akademiyaya 2009-cu ildə qoşulmuş, məşqçisi isə Rüfət Quliyev olmuşdur. O, klubu 2011-ci ildə tərk edərək "Əlincə" FK-nın heyətinə qoşulur.[2]

Əlincə

Vəlizadə 2011-ci ildə Bakı təmsilçisi olan "Əlincə" FK-nın heyətinə qoşulur və orada 2015-ci ilə qədər oynanır. 2014-cü və 2015-ci illərdə keçirilmiş "Gələcəyin ulduzları" turnirinin bombardiri olur.[3]

Fənərbaxça

Vəlizadə 2015-ci ilin may ayında bir il yarımlıq bir müddətə Türkiyənin İstanbul şəhərini təmsil edən "Fənərbaxça" PFK-nın heyətinə qoşulmuş, 2016-cı ilin oktaybr ayına qədər orada oyun keçirmişdir.[3]

Qarabağ

Vəlizadə 2016-cı ildə "Qarabağ" FK ilə müqavilə imzalayır.[4] O, ilk mövsümündə Futbol üzrə U-19 Azərbaycan çempionatının qalibi olur.

Neftçiyə qayıtması

Vəlizadə 2019-cu ildə üç illik müqavilə "Neftçi" PFK-ya qayıdır.[5] O, Azərbaycan Premyer Liqasının XXVII turunda, "Qəbələ" FK ilə olan qarşılaşmada 90+1-ci dəqiqədə Baqali Dabonu əvəz edərək "Neftçi" üçün debüt etmişdir.[6]

Keşlə

Vəlizadə 21 iyul 2020-ci il tarixində "Keşlə" FK-ya icarəyə verilir.[7]

İstinadlar

  1. 1 2 Turan Valizada // FBref.com (çd.).
  2. 1 2 "Azərbaycan futbolunun gələcək ulduzu". fanat.az (ingilis). 26 iyul 2013. June 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2020.
  3. 1 2 "Azərbaycanlı futbolçu "Fənərbaxça"nın düşərgəsinə yollandı". fanat.az (az.). 16 aprel 2015. July 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2020.
  4. ""Neftçi"dən növbəti transfer - "Qarabağ"dan". Qol.az (az.). 3 yanvar 2019. July 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2020.
  5. ""Fənərbağça"nın oyunçusu "Neftçi"də". Baku.ws (az.). July 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2020.
  6. "Qəbələ vs. Neftçi 1 - 3" (ingilis). July 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2020.
  7. "Turan Vəlizadə icarəyə verildi". neftchipfk.com (az.). Neftçi PFK. 21 iyul 2020. July 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2020.

Xarici keçidlər