Cihat Arman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cihat Arman
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri
  • Aşiyan qəbiristanlığı[d]
Vətəndaşlığı Türkiyə Türkiyə
Mövqeyi qapıçı
Karyerası
Klub karyerası[* 1]
1934—1937 Türkiyə Gənclərbirliyi ? (?)
1945—1946 Türkiyə Güneş ? (?)
1939—1951 Türkiyə Fənərbaxça 308 (?)
Milli yığma[* 2]
1936—1951 Türkiyə Türkiyə 13 (-26)
Məşqçisi olduğu klublar
1948—1949 Türkiyə Fənərbaxça
1949 Türkiyə Türkiyə
1954—1955 Türkiyə Beyoğlu
1955—1956 Türkiyə Beşiktaş
1956 Türkiyə Türkiyə
1956—1957 Türkiyə İstanbulspor
1957—1960 Türkiyə Kasımpaşa
1960—1961 Türkiyə İstanbulspor
1962—1963 Türkiyə Yeşildirek
1964 Türkiyə Türkiyə
1966—1967 Türkiyə Eskişehirspor
1967—1968 Türkiyə Mersin İdman Yurdu
1968—1969 Türkiyə Vefa
1970—1971 Türkiyə Türkiyə

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi.

Həyatı

Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur.

Oyunçu karyerası

15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır.[1]

1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi. Yeganə oyunu Norveç komandasına qarşı keçirtmişdir və 4 qol buraxmışdır.[2]

1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında 5-8-ci yerləri bölüşən Türkiyə milli futbol komandasının heyətində çıxış etmişdir. Turnirdə 2 oyun keçirtdi və Yuqoslaviya millisinə qarşı oyunda 3 top buraxmışdır.[2]

1936—1951-ci illərdə Türkiyə millisinin heyətində 13 matç keçirmiş 26 qol buraxmışdır.[2]

Məşqçi karyerası

1948-ci ildə məşqçilik karyerasına başladı. Klub səviyyəsində Fənərbaxça (1948—1949), Beyoğlu (1954—1955), Beşiktaş (1955—1956), İstanbulspor (1956—1957, 1960—1961), Kasımpaşa (1957—1960), Yeşildirek (1962—1963), Eskişehirspor (1966—1967), Mersin İdman Yurdu (1967—1968) və Vefa (1968—1969) ilə işləmişdir.[3]

1949, 1956, 1964 və 1970—1971-ci illərdə 4 dəfə Türkiyə milli yığmasının baş məşqçisi olmuşdur.[3] 1949-cu ildə Dünya Çempionatının təsnifat mərhələsində türklər onun rəhbərliyi altında Suriya millisinə 7-0 hesabı ilə qalib gəlsələr də turnirdə iştirak etməkdən imtina etdilər.

14 may 1994-cü ildə İstanbulda vəfat etdi.

Nailiyyətləri

Oyunçu kimi

Türkiyə Fənərbaxça

  • Türkiyə çempionu (1): 1944.
  • İstanbul Liqasının çempionu (3): 1944, 1947, 1948.
  • İstanbul Liqa Kubokunun qalibi (1): 1945.

İstinadlar

  1. "Cihat Arman". arsiv.mackolik.com. 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  2. 1 2 3 "CİHAT ARMAN - Futbolcu Bilgileri TFF". www.tff.org. 2020-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  3. 1 2 Cihat Arman Türkiye D. Tarihi : 01 01 1919 D. Yeri : İstanbul. "Cihat Arman". Mackolik.com (ingilis). 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020—06—20.

Xarici keçidlər