Anar Dosiyev: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur Teqlər: Mobil redaktə Mobil veb redaktə |
k vikiləşdirmə, Skript istifadə edərək kodun səliqəyə salınması |
||
Sətir 1: | Sətir 1: | ||
{{adaş|Anar (ad)}} |
{{adaş|Anar (ad)}} |
||
{{Alim |
{{Alim |
||
|adı = Anar Dosiyev |
|adı = Anar Dosiyev |
||
|orijinal adı = Dosiyev Anar Adıgözəl oğlu |
|orijinal adı = Dosiyev Anar Adıgözəl oğlu |
||
Sətir 24: | Sətir 24: | ||
|elmi adı = [[professor]] |
|elmi adı = [[professor]] |
||
|iş yeri = |
|iş yeri = |
||
|alma-mater = |
|alma-mater = |
||
|təhsili = [[Bakı Dövlət Universiteti]] |
|təhsili = [[Bakı Dövlət Universiteti]] |
||
|elmi rəhbəri = |
|elmi rəhbəri = |
||
Sətir 40: | Sətir 40: | ||
== Həyatı == |
== Həyatı == |
||
Dosiyev Anar Adıgözəl oğlu |
Dosiyev Anar Adıgözəl oğlu 1972-ci il oktyabrın 10-da [[Bakı]]da anadan olub. 1990-cı ildə Novosibirsk Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1993-cü ildə [[S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti]]nə (indiki [[Bakı Dövlət Universiteti]]) keçirilib və 1995-ci ildə oranı bitirib. 1995–1998-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki [[Azərbaycan Milli Elmlər Akademiyası]]) Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil alıb. "Li cəbrinin Banaxov təsvirində Teylor spektri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun funksional analiz şöbəsində elmi işə başlayıb. 1998–2001-ci illərdə institutda kiçik elmi işçi, 2002–2004-cü illərdə böyük elmi işçi vəzifələrində işləyib. A. Dosiyev 2004–2006-cı illərdə Atılım Universitetinin ([[Ankara]]) dosenti, 2006–2008-ci illərdə isə həmin universitetdə professor olub. 2008-ci ildən Yaxın Şərq Texnika Universitetində işləyir. 2012-ci ildə M. V. Lomonosov adına MDU-da "Li Cəbrinin təsvirlərinin qeyrikommutativ holomorf funksional hesabı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.<ref>{{cite book |first=Mətanət |last=Bağıyeva |date=2016 |title=Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası |url=https://ia601508.us.archive.org/31/items/XaricdeYasayanAzerbaycanlilar/xaricde%20yasayan%20azerbaycanlilar.pdf |language=az |publisher="Papirus NP" |page= |pages= |location=Bakı |isbn=978-9952-8299-1-4 |archiveurl=https://ia601508.us.archive.org/31/items/XaricdeYasayanAzerbaycanlilar/xaricde%20yasayan%20azerbaycanlilar.pdf |archivedate=2017-10-21 |access-date=2017-10-21 |ref= }}</ref> |
||
O, kvant funksional analizi və qeyri-kommutativ həndəsə sahəsində mütəxəssisdir. Onun elmi tədqiqatlarının əsas istiqamətləri qeyri-kommutativ analiz və cəbr, funksional analizin kvant modeli və qeyri-kommutativ cəbri həndəsəni əhatə edir. A.Dosiyev tərəfindən qeyri-kommutativ operatorlar ailəsi üçün funksional hesablama metodu, informasiyanın kvant nəzəriyyəsi sahəsində tədqiqatlar aparmağa imkan verən müxtəlif kvant məkanlarının təsviri işlənib hazırlanıb. |
O, kvant funksional analizi və qeyri-kommutativ həndəsə sahəsində mütəxəssisdir. Onun elmi tədqiqatlarının əsas istiqamətləri qeyri-kommutativ analiz və cəbr, funksional analizin kvant modeli və qeyri-kommutativ cəbri həndəsəni əhatə edir. A. Dosiyev tərəfindən qeyri-kommutativ operatorlar ailəsi üçün funksional hesablama metodu, informasiyanın kvant nəzəriyyəsi sahəsində tədqiqatlar aparmağa imkan verən müxtəlif kvant məkanlarının təsviri işlənib hazırlanıb. |
||
A.Dosiyev 40-dan çox beynəlxalq səviyyəli və digər ölkələrin mütəxəssislərinə tanış olan elmi işin müəllifidir. Müxtəlif illərdə o, [[Rumıniya]], [[Sloveniya]], [[Polşa]], [[Danimarka]] və [[Türkiyə]]də mühazirələr deyib. M.V.Lomonosov adına [[MDU]]-nun professorları ilə sıx əlaqə saxlayır. MDU-nun funksional analiz və funksiyanın nəzəriyyəsi kafedrasının seminarlarında dəfələrlə çıxış edib. |
A. Dosiyev 40-dan çox beynəlxalq səviyyəli və digər ölkələrin mütəxəssislərinə tanış olan elmi işin müəllifidir. Müxtəlif illərdə o, [[Rumıniya]], [[Sloveniya]], [[Polşa]], [[Danimarka]] və [[Türkiyə]]də mühazirələr deyib. M. V. Lomonosov adına [[MDU]]-nun professorları ilə sıx əlaqə saxlayır. MDU-nun funksional analiz və funksiyanın nəzəriyyəsi kafedrasının seminarlarında dəfələrlə çıxış edib. |
||
== Maraqlı faktlar == |
== Maraqlı faktlar == |
||
Sətir 51: | Sətir 51: | ||
== İstinadlar == |
== İstinadlar == |
||
{{İstinad siyahısı}} |
{{İstinad siyahısı}} |
||
[[Kateqoriya:Bakıda doğulanlar]] |
[[Kateqoriya:Bakıda doğulanlar]] |
||
[[Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları]] |
[[Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları]] |
Səhifəsinin 18:55, 9 noyabr 2024 tarixinə olan son versiyası
Anar Dosiyev | |
---|---|
Dosiyev Anar Adıgözəl oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | fizika‑riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Bakı Dövlət Universiteti |
Anar Dosiyev (Dosiyev Anar Adıgözəl oğlu; d. 1972. Bakı, Azərbaycan SSR, SSRİ) — Türkiyə alimi; Fizika‑riyaziyyat elmləri doktoru (2012), professor (2006). Yaxın Şərq Texniki Universitetinin riyaziyyat kafedrasının professoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Dosiyev Anar Adıgözəl oğlu 1972-ci il oktyabrın 10-da Bakıda anadan olub. 1990-cı ildə Novosibirsk Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1993-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) keçirilib və 1995-ci ildə oranı bitirib. 1995–1998-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsil alıb. "Li cəbrinin Banaxov təsvirində Teylor spektri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun funksional analiz şöbəsində elmi işə başlayıb. 1998–2001-ci illərdə institutda kiçik elmi işçi, 2002–2004-cü illərdə böyük elmi işçi vəzifələrində işləyib. A. Dosiyev 2004–2006-cı illərdə Atılım Universitetinin (Ankara) dosenti, 2006–2008-ci illərdə isə həmin universitetdə professor olub. 2008-ci ildən Yaxın Şərq Texnika Universitetində işləyir. 2012-ci ildə M. V. Lomonosov adına MDU-da "Li Cəbrinin təsvirlərinin qeyrikommutativ holomorf funksional hesabı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.[1]
O, kvant funksional analizi və qeyri-kommutativ həndəsə sahəsində mütəxəssisdir. Onun elmi tədqiqatlarının əsas istiqamətləri qeyri-kommutativ analiz və cəbr, funksional analizin kvant modeli və qeyri-kommutativ cəbri həndəsəni əhatə edir. A. Dosiyev tərəfindən qeyri-kommutativ operatorlar ailəsi üçün funksional hesablama metodu, informasiyanın kvant nəzəriyyəsi sahəsində tədqiqatlar aparmağa imkan verən müxtəlif kvant məkanlarının təsviri işlənib hazırlanıb.
A. Dosiyev 40-dan çox beynəlxalq səviyyəli və digər ölkələrin mütəxəssislərinə tanış olan elmi işin müəllifidir. Müxtəlif illərdə o, Rumıniya, Sloveniya, Polşa, Danimarka və Türkiyədə mühazirələr deyib. M. V. Lomonosov adına MDU-nun professorları ilə sıx əlaqə saxlayır. MDU-nun funksional analiz və funksiyanın nəzəriyyəsi kafedrasının seminarlarında dəfələrlə çıxış edib.
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]İdmanla fəal məşğul olur və hazırda universitet tələbələrinin sambo və cüdo güləşi üzrə məşqçisidir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.