Yesuagen
Yesuagen (yaxud Esuagen və Asuagen) — Qafqaz Albaniyası çarı. Onun dövründə köhnə əlifbanın təkmilləşdirilməsi yolu ilə yeni Alban əlifbası yarandı. Bu barədə Moisey Kalankatlı, eləcə də V – VIII əsrlərin erməni müəllifləri Koryun, Movses Xorenli xəbər verirlər.[3] II Yezdəgirdin bacısı ilə evlənmişdi. 444-cü ildə II Vaçe tərəfindən əvəz olundu.
Yesuagen | |
---|---|
Qafqaz Albaniyasının VII çarı (Arşakilər) | |
424 – 444 | |
Əvvəlki | Asay |
Sonrakı | II Vaçe |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir[2] |
Vəfat tarixi | |
Atası | Asay yaxud Satoy [1] |
Anası | III Şapurun bacısı |
Həyat yoldaşı | II Yezdəgirdin bacısı |
Uşaqları |
II Vaçe Xoçkorik III Vaçaqan Adsız bir qız |
Ailəsi | Alban Arşakiləri[2] |
Dini | Alban Həvari Kilsəsi |
Ailəsi
redaktəMoisey Kalankatlının verdiyi məlumata görə çar Yesuagenin 4 övladı olmuşdur:
- II Vaçe — taxtda onu əvəz etmişdi
- Xoçkorik — qeyri-qanuni oğlu idi
- III Vaçaqan
- Adsız bir qız — Girdman knyazı Barzabod Mehrani ilə evlənmişdi.
Yesuagenin nişanı
redaktəYesuagenin monoqramı 1975-ci ildə fransız alim Filipp Ginyo tərəfindən yayımlanan Sasani şahlarının möhürlərinin arasında Mürtəzalı Hacıyev tərəfindən tapılmış, S.Y.Qasımova tərəfindən çar Yesuagenə aid olduğu təsdiqlənmişdir.[4] Möhür ay ilahəsi ilə əlaqəlidir.[5]
İstinadlar
redaktə- ↑ Mürtəzalı Hacıyev, Asvagenin möhrü məqaləsi
- ↑ 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ Moisey Kalankatlı. Alban ölkəsinin tarixi, VI
- ↑ Intailles sasanides de la collection Pirousan Monumentum H.S. Nyberg III. Teheran — Liege, 1975, p.17, pl. I, fig. 22
- ↑ S.Y.Qasımova — Le sceau du Catolicos d`Albanie et du Balasagan Studia Iranica. T. 20, fasc. 1, 1992, p.31–32