Xuskar (isp. Júzcar) – İspaniyanın Əndəlüs muxtar regionunun Malaqa vilayətində yerləşən kənd və bələdiyyə. Göy rəngi səbəbilə "Şirinlər kəndi" kimi tanınır.

Xuskar
Bayraq Gerb
Bayraq Gerb
36°37′31″ şm. e. 5°10′13″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 33 km²
Mərkəzin hündürlüyü 600 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 243 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 29462
Nəqliyyat kodu MA
Digər
juzcar.es
Xəritəni göstər/gizlə
Xuskar xəritədə
Xuskar
Xuskar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yerləşməsi və tarixi

redaktə

Xuskar kəndi Malaqa vilayətində, Genal dərəsinin şərqində yerləşir. Ronda qəsəbəsindən 22 kilometr, Malaqa şəhərindən isə 113 kilometr uzaqlıqdadır. Serraniya-de-Ronda komarkasına daxildir.[2]

IX–X əsrlərdə yaşamış, "Əndəlüsün Robin Hudu" kimi tanınan xristian üsyançı İbn Hafsunun bu kənddə doğulduğu iddia olunur. Kənd tarixən yəhudi populyasiyasına ev sahibliyi etmişdir. XV əsrdə qul koloniyası kimi istifadə olunmuşdur və bu səbəbdən Xuskar sakinləri yerli olaraq "mavrlar" kimi tanınırlar. Fransa işğalına qarşı mübarizədəki töhfələri səbəbilə Xuskar 1814-cü ildə İspaniya monarxiyası tərəfindən "zadəgan və sədaqətli qəsəbə" statusuna layiq görülmüşdür. XVII əsrdə yaxınlıqdakı qalay mədəni və fabriki Xuskarın inkişafına təkan vermişdir. 1901-ci ildə qalay mədəninin bağlanmasından sonra kənd əhalisi şəhərlərə köçməyə başlamışdır.[3]

"Şirinlər"

redaktə

Xuskar kəndi Əndəlüsün ağ qəsəbələrindən biri olmuşdur və binaları ənənəvi ağ rəngdə idi. 2011-ci ilin yazında "Şirinlər" filminin premyerası münasibətilə "Sony España" kənddə yerləşən 175 tikilini (kilsə və qəbirlər daxil olmaqla) göy rəngə boyamışdır.[2] Bunun üçün Xuskar kəndinin seçilməsinə səbəb kəndin Şirinlər kəndi kimi çətin tapılan yerdə yerləşməsi və göbələklərlə məşhur olmasıdır. 15 gün davam edən boyama prosesı zamanı 5000 litr göy boyadan və 12 işçinin əməyindən istifadə olunmuşdur. Sadəcə qəbiristanlığın interyeri və buna qarşı olan bir sakinin evi boyanmamış, həmin ev yerlilər tərəfindən "Qarqamelin evi" kimi tanınmağa başlamışdır. 16 iyun 2011-ci ildə Xuskar dünyanın ilk Şirinlər kəndi kimi açılmışdır.[3]

Orijinal razılaşmaya əsasən kəndin ağ rəngə qaytarılması planlaşdırılsa da, 2011-ci ilin dekabrında kənddə xüsusi referendum keçirilmişdir. Referendum zamanı 141 nəfər lehinə, 33 nəfər əleyhinə səs vermiş, nəticədə kəndin göy rəngdə qalmasına qərar verilmişdir. Kənd ağ rəngdə olduğu dövrdə ildə cəmi 300 turist qəbul etdiyi halda, göy rəngə boyandıqdan sonra ilk 6 ay ərzində 80.000 turist qəbul etmişdir.[2]

Xuskarda "Şirinlər" mövzusunda bir çox tədbir baş tutur. Kənddə "Şirinlər" haqqında rəsm müsabiqələri və yarmarkalar keçirilir. Burada "Şirinlər" konsepsiyasına malik toy mərasimləri baş tutur.[2]

Göbələklər

redaktə

Xuskar kəndi göbələklərinə görə məşhurdur. Hər payız yerli meşəliklərdə bol miqdarda göbələklər yetişir. 2007-ci ildən etibarən kənddə illik mikologiya konqresi keçirilir.[2] Kənddə göbələk muzeyi yerləşir.[3]

İstinadlar

redaktə
  1. İspaniya Milli Statistika İnstitutu Municipal Register of Spain of 2023. 2023.
  2. 1 2 3 4 5 "Spanish village happy to be left feeling blue by Smurfs". The Independent (ingiliscə). 19 dekabr 2011. 2018-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
  3. 1 2 3 Allen, Jonathan. "Pitufo Blues" (PDF). Cabinet magazine (ingiliscə). 2012. 2024-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 oktyabr 2024.

Xarici keçidlər

redaktə