Vilayət Quliyev
Vilayət Muxtar oğlu Quliyev (5 noyabr 1952, Ağcabədi) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1990), M. F. Axundov adına ədəbi mükafat laureatı (1989), Azərbaycanın sabiq xarici işlər naziri (1999–2004), Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri (2004–2010), Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri (2010–2021), Azərbaycannın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri (2022-).
Vilayət Quliyev | |
---|---|
Vəzifədədir | |
4 may 2022-ci ildən | |
Əvvəlki | Eldar Həsənov |
30 mart 2010 – 23 iyul 2021 | |
Əvvəlki | Həsən Həsənov |
Sonrakı | Tahir Tağızadə |
7 iyun 2004 – 30 mart 2010 | |
Sonrakı | Həsən Həsənov |
26 oktyabr 1999 – 2 aprel 2004 | |
Əvvəlki | Tofiq Zülfüqarov |
Sonrakı | Elmar Məmmədyarov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 noyabr 1952 (72 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | diplomat, siyasətçi, filoloq, ədəbiyyat tarixçisi |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | filologiya, siyasət[1], xarici siyasət[1], ədəbiyyat tarixi[1] |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVilayət Quliyev 1952-ci il noyabrın 5-də Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. 1970‐ci ildə Beyləqan rayonundakı G. Əsədov adına orta məktəbi əla qiymətlərlə bitrmişdir. 1970‐1975‐ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində müvəffəqiyyətlə təhsil almışdır.[2]
Elmi fəaliyyəti
redaktəÜç il orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur (1978–1981). "Müasir Azərbaycan nəsrində üslub müxtəlifliyi" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir (1982). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1981–1985), böyük elmi işçi (1985–1987), elmi işlər üzrə müdir müavini, aparıcı elmi işçi (1987–1994) vəzifələrində işləmişdir.
"Vətən" cəmiyyəti" idarə heyətinin, "Ulduz" jurnalı və "Elm" qəzeti redaksiya heyətlərinin üzvüdür. "Millət" qəzetinin baş redaktoru olmuşdur (1992). "Azərbaycan filoloji fikri və rus ədəbi ictimai mühiti (XIX əsrin birinci yarısında)" mövzusunda doktorluq dissertasiyası müdafıə etmişdir (1990).
Azərbaycanın dövri mətbuatında 1978-ci ildən çıxış edir. Onun elmi məqalə və rəyləri müxtəlif şəhərlərin (Kazan, Alma-Ata, Yerevan və s.) qəzet və jurnallarında çap olunmuşdur. "Fikrin karvanı", "Ədəbi proses", "Azərbaycan-Avropa ədəbi əlaqələri" və s. kollektiv əsərlərin əsas müəlliflərindəndir. Elmi-tənqidi fəaliyyətdə həm müasir ədəbiyyatla bağlı məsələlər, həm də ədəbi əlaqələr aspektində XIX əsr Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinin tədqiqi mühüm yer tutur. O, ingilis dilindən bədii tərcümə ilə də ardıcıl məşğul olur. Ceyms Coysun, Cerom Selincerin, Rey Bredberinin və b. ingilisdilli yazıçıların bir sıra povest və hekayələrini orijinaldan Azərbaycan dilinə çevirmişdir. Türkiyə dışındakı türk ədəbiyyatları antolojisi (Azərbaycan-türk ədəbiyyatı: I–IV c, Ankara) tərtibçilərindən biridir (1993–1994). Türk xalqlarının ortaq mədəni irsi (Adana, 1992), Böyük türk qurultayı (Antalya, 1993), Xəzər Orta Asiya Beynəlxalq simpoziumunda (Edinburq, 1994) iştirak etmişdir.
"Azərbaycan Demokratik Respublikası" kitabını tərtib edib müqəddimə və şərhlərlə nəşr etdirmişdir (1992).
3 monoqrafiya və 300-dən çox məqalənin müəllifidir. 15-dən artıq kitabı çap olunmuşdur. Yaradıcılığının əsas istiqaməti Azərbaycan-Rusiya, İran, Türkiyə arasındakı 19–20 əsrlərdə mövcud olmuş ədəbi mühitin tədqiqi, tarixi və mədəni əlaqələrimizin təhlili təşkil edir.
Rus, türk, ərəb, ingilis və fars dillərini bilir.
Ailəlidir, 2 övladı var.
Siyasi fəaliyyəti
redaktəVilayət Quliyev 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyası təşkilat komitəsinin üzvü və siyasi şuranın üzvü olmuşdur. Həmin dövrdə Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində mühazirələr oxumuşdur. 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası orqanı olan "Millət" qəzetinin baş redaktoru da işləyib.
1993-cü ildə Azərbaycan Milli İstiqlal Partiyası daxilindəki hakimiyyətlə anlaşma problemi səbəbi ilə yaranmış fikir ayrılığı zamanı partiyadan ayrılmış və Azərbaycan Demokratik İstiqlal Partiyasının təşkilində iştirak etmişdir. 1994-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasının birinci katibi seçilmişdir.[3]
- Milli Məclisin I çağırış deputati olub[4].
- 26 oktyabr 1999-cu ildən 2 aprel 2004 ilə qədər Azərbaycan Respublikasının Xarici İşlər Naziri olub[5].
- 7 iyun 2004 ildən 30 mart 2010-cu ilə qədər Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfir.
- 30 mart 2010-cu ildən 23 iyul 2021 ilə qədər Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfir.[6]
- 4 may 2022 ildən etibarən Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfirdir.[7]
Təltif və mükafatları
redaktə- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 9 iyul 2019 (Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə)[8]
- M. F. Axundov adına ədəbi mükafat (Azərbaycan Yazıçılar İttifaqı) — 11 yanvar 1989 ("Mirzə Kazımbəy" kitabı (1987) və dövri mətbuatda çap olunmuş ədəbi-tənqidi məqalələr üçün)[9]
- Hacı Zeynalabdin adına Azərbaycan Milli mükafatı — 1994
- Polşa Respublikasının "Xidmətlərə görə" ordeni
Əsərləri
redaktə- "Mirzə Kazımbəy". Bakı: Yazıçı, 1987, 205 səh.
- "Özümüz və sözümüz". Bakı: Azərnəşr, 1993, 120 səh. (şərikli)
- "Ağaoğlular". Bakı: Ozan, 1997, 336 səh.
- "Azərbaycanda erməni zülmü". Bakı: Ozan, 1999, 228 səh.
- "İsa Sultan Şaxtaxtinskinin qəribə həyatı". Bakı: Ozan, 88 səh.
- "Tarixdə iz qoyan şəxsiyyətlər". Bakı: Ozan, 2000, 584 səh.
- "Açıq sözün hikməti". Bakı: Ozan, 2001, 520 səh.
- "Böyük əkinci: Həsənbəy Zərdabi".- Bakı: Ozan, 2001.- 180 s.
- "Tariximiz – taleyimiz". Bakı: Ozan, 2002, 424 səh.
- "Azərbaycan filoloji fikri və rus ədəbi-ictimai mühiti". Bakı: Ozan, 2004, 424 səh.
- "Baş nazirin xanımı". Bakı: Qanun, 2015, 140 səh.
Haqqında yazılanlar
redaktə- Azərbaycan Milli Kitabxanası "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından Vilayət Quliyevin anadan olmasının 70 illiyinə biblioqrafiya hazırlayıb.[10]
Tərcümələri
redaktə- Rafael Mustafin. Qəhrəman şairin izi ilə. Bakı: Gənclik, 1988, səh.
- İyirmi üç Molla Nəsrəddin. Lətifələr (dünya xalqlarının Molla Nəsrəddin lətifələri) Arxivləşdirilib 2012-05-01 at the Wayback Machine. Tərc. ed. Vilayət Quliyev. Bakı: "Gənclik", 1992, 510 səh.
- Lev Qumilyov. Qədim türklər. Bakı: Gənclik, 1993, 650 səh.
- Əlimərdanbəy Topçubaşov. Parisdən məktublar Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine. Bakı: Azərnəşr, 1999.
- V. Panova, Y. Vaxtin. Məhəmməd Peyğəmbərin həyatı. Bakı: Ozan, 2003, 511 səh.
- Ə. Cəfəroğlu. Seçilmiş əsərləri. Bakı: 2008
- Corc Oruell. 1984. Bakı: Qanun, 2011, 383 səh.
- Corc Oruell. Heyvanıstan. Bakı: Qanun, 2011, 143 səh.
Məqalələri
redaktə- Арабский исследователь Азербайджана (Окончание) Arxivləşdirilib 2014-09-14 at the Wayback Machine. Zerkalo, 26 Апреля 2013
- Арабский исследователь Азербайджана (Продолжение) Arxivləşdirilib 2013-09-02 at the Wayback Machine. Zerkalo, 19 Апр 2013
- Арабский исследователь Азербайджана (Начало) Arxivləşdirilib 2013-09-02 at the Wayback Machine. Zerkalo, 12 Апр 2013
- Бакинский дневник генерала Денстервиля (Окончание). Zerkalo, 28/09/2012.
- Бакинский дневник генерала Денстервиля (Продолжение). Zerkalo, 21/09/2012.
- Бакинский дневник генерала Денстервиля (Продолжение). Zerkalo, 14/09/2012.
- Бакинский дневник генерала Денстервиля (Начало). Zerkalo, 07/09/2012.
- Министр, при котором открылся университет. Zerkalo, 04/12/2010.
- Род Казем-Бека: двести лет с Россией (часть четвертая) Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine. Zerkalo.
İstinadlar
redaktə- ↑ 1 2 3 Quliyev, Vilayət Muxtar oğlu // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Qasımlı M., Hüseynova E. "AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRLƏRİ" (az.). 2003. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.
- ↑ "Milli Məclis saytda profili". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
- ↑ "Xarici İşlər Nazirliyi saytda profili". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
- ↑ "Arxivlənmiş surət". 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
- ↑ "Arxivlənmiş surət". 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
- ↑ Ахундов адына мүкафатларын јени лауреатлары // Коммунист. № 18 (20786). 21 јанвар 1989-ҹу ил. С. 4.
- ↑ "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından "Vilayət Quliyev" adlı biblioqrafiya nəşr edilib
Xarici keçidlər
redaktə- Экс-министр Азербайджана, владеющий пятью языками, сейчас занимается творчеством – ЗАБЫТЫЕ ЧИНОВНИКИ