Vikipediya:Məqalə sehrbazı/Predmet

2. Predmet
3. Anlayışlar
4. Mənbələr
5. Məzmun
6. Son

Məqalə artıq yaradılıb?

Vikipediyada 200.750 məqalə var. Sizi maraqlandıran mövzu başqa bir məqalədə başqa bir adla təsvir edilə bilər. Müxtəlif ad versiyaları arasında diqqətlə axtardığınızdan əmin olun. Mövzunu fərqli ad altında tapsanız, həmin ada yönləndirmə verə bilərsiniz.

Hələ bunu etməmisinizsə, burada mümkün versiyaları axtarın və sonra səhifəyə qayıdın..

Məqalənin mövzusu əhəmiyyətlidirmi?

Qeyd

Kriteriyalara cavab verməyən məqalələr "sürətli silinə bilər". Məqalənizdə bunun olmasını istəmirsinizsə, bu sehrbazın tövsiyələrini diqqətlə oxuyun.

Nə olursa olsun, sizi maraqlandıran bir mövzuda bir məqalənin olmaması belə bir məqalənin Vikipediya üçün uyğun olduğu anlamına gəlmir. Vikiicma bir məqalənin Vikipediya üçün uyğun olub olmadığını müəyyən etmək üçün xüsusi uyğunluq meyarları müəyyən etmişdir. Yeni bir məqalə yaratmadan əvvəl özünüzə sual verin: belə bir məqalə böyük "kağız" ensiklopediyalarda (ASE, AME və ya Britannika) var və ya ola bilər? Cavab birmənalı olaraq "hə" olarsa, əksər hallarda belə bir məqalə Vikipediya üçün də uyğundur. Əks təqdirdə, Vikipediyada qəbul edilmiş əhəmiyyətlilik meyarlarına əməl edin. Zəhmət olmasa:

  • özünüz;
  • dostlarınız;
  • musiqi qrupunuz;
  • saytınız;
  • şirkətiniz;

haqqında məqalə yaratmayın.

Bu cür məqalələr böyük ehtimalla silinəcək.


Nə haqqında yazmaq istəyirsiz?