Vegetativ orqanlar

Vegetativ orqanlar — bitkilərdə fərdi yaşayışa kömək edən orqanlara aiddir.

Ali bitkilərdə kök, yarpaqgövdə vegetativ orqanlardır. Kökün vəzifəsi bitkini torpağa bərkitmək, torpaqdan suyu və suda həll olunmuş mineral maddələri sormaq, həmçinin maddələri bitkinin yerüstü hissəsinə ötürməkdir. Vegetativ orqanlar bitkinin mühüm orqanlarıdır.

Yarpaqların əsas vəzifəsi bitkilərə lazım olan üzvü maddələri hazırlamaq, suyu buxarlandırmaq və qaz mübadiləsini təmin etməkdir. Yarpaqda əmələ gələn üzvi maddələr hesabına bitki öz bədənini qurur.

Gövdə,üzərində yarpaqları əlverişli vəziyyətdə saxlayan və torpaqdan alınan qida maddələrinin yarpağa, yarpaqda hazırlanna üzvü maddələri isə köklərə və başqa orqanlara keçirən orqandır. Gövdənin əsas funksiyaları bitkinin kökü ilə yarpaqları arasında əlaqə yaratmaq və yarpaqları işığa çıxarmaqdır. Gövdənin üzərində yarpaqlar və tumurcuqlar olan cavan hissəsi zoğ adlanır. Bunlar ağac və kol bitkilərində əsas gövdə və budaqlardan fərqlənir.

İbtidai bitkilərdə vegetativ orqanların vəzifəsini talloma görür. Bunlarda bitkinin bədəni kök, gövdə və yarpaq kimi orqanlara çox az ayrılır.

Generativ orqanlar(genezis-çoxalma)

redaktə

Cinsi çoxalma prosesində iştirak edən orqanlara çiçək, toxum və meyvə aiddir.

Çiçək şəklini dəyişmiş və qısalmış zoğdur. Əsas hissələri "dişicik" (dişi cinsiyyət orqanı) və "erkəkcik" (erkək cinsiyyət orqanı). Bu hissələrdə əmələ gələn cinsiyyət hüceyrələri birləşərək ziqot (yunan dilində birləşən cütlük deməkdir) yaradır. Ziqotdan isə bitkiyə başlanğıc verən "rüşeym" əmələ gəlir.

Toxum içərisində rüşeymə və ehtiyat qida maddəsinə malik orqandır.

Meyvəyanlığı toxumu xarici təsirlərdən qoruyur və onun yayılmasını təmin edir.