Unianqa gölləri
Unianqa gölləri — Şimal-Şərqi Çadda, Böyük Səhrada, Qərbi Tibesti və şərqi Ennedi dağlarındakı bir hövzədə yerləşən bir neçə göldür. 2012-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[1]
Unianqa gölləri | |
Lakes of Ounianga [* 1] | |
Ölkə | Çad |
---|---|
Tip | Təbii |
Kriteriya | (vii) |
Keçid | 1400 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 2012 (36-cı sessiya) |
|
|
UNESCO-nun açıqlamasına görə göllər ildə 2 millimetr (0.1 düym)-dən az yağış yağan isti və hiperarid bir səhrada yerləşirlər. Göllər müxtəlif ölçü, dərinlik, kimyəvi tərkib və rənglər nümayiş etdirir.
Qrupda üzmumi 18 göl var. Göllərin ümumi səth sahəsi təxminən 20 kvadrat kilometrdir. Göllərin ən böyüyü olan Yoa gölü təxminən 3.5 kvadrat kilometr sahəyə və 20 metr (66 ft)-ə çatan dərinliyə malikdir.
Coğrafiya
redaktəBu göllər Yer səhralarında bənzərsiz bir hidroloji sistem meydana gətirir. Suyun yüksək quraqlıq mühitlərdə buxarlamağa məruz qaldığı zaman göllərdə duzluluq meydana gəlir. Bu vəziyyətdə, Yoa gölündən buxarlanma sürəti 6 metr (20 ft)-ə bərabər olsa belə, 25 metr (82 ft) bərabər olan gölün ümumi dərinliyi və unikal fiziki amillər mərkəzi Teli gölü istisna olmaqla, bütün gölləri təmiz saxlamaq üçün birləşir.
Göllərin şirinsulu olmasının (Teli gölü istisna olmaqla) bir neçə səbəbi var. Birincisi minilliklər ərzində yeraltı bir hövzədə yığılan su göllərə verilir. İkincisi, küləyin gətirdiyi qum hövzəni ətrafdakı göllərdən daha aşağı mövqe tutan Teli gölü ilə birlikdə 10 gölə ayırır. Üçüncüsü, buxarlanmanı yavaşlatan qalın qamış örtüyü şirinsulu göllərin səthini örtür. Nəticədə suyun səviyyəsi aşağı olduğundan Teli gölünün səthindən daha böyük buxarlanma baş verir.[2]
Tarixi dəlillər
redaktəBölgənin iqlim tarixinin təxminən 11000 il əvvəl son buz dövrünün sonunda insan miqrasiyası ilə əlaqəli olduğu düşünülür. Səhra təxminən 5000 il əvvəl mussonların azalmasından sonra bölgəyə qayıtmışdır. Aparılan araşdırılmada Yoa gölünün dibindən götürülmüş və buz dövründən əvvələ aid olan 16 metr (52 ft) qalınlığındakı çöküntüdə 10940 təbəqə aşkar etmişdir. Bu təbəqalərin hər biri 1 ilə uyğun gəlir.[3]
İstinadlar
redaktə- ↑ "Lakes of Ounianga". UNESCO. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.
- ↑ Kröpelin, Stefan. "The Saharan lakes of Ounianga Serir (NE Chad): a unique hydrogeological system". 2009-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-28.
- ↑ Johann Grolle, "Miracle in the Sahara: Oasis Sediments Archive Dramatic History", Spiegel-online, May 21, 2013, http://www.spiegel.de/international/world/new-sahara-research-the-lakes-of-ounianga-a-900518.html Arxivləşdirilib 2014-05-14 at the Wayback Machine