Topla qız
Topla qız (ing. Girl with Ball) — Roy Lixtenşteynin 1961-ci ildə çəkdiyi rəsm əsəri. Yağlı boya texnikası ilə çəkilən pop-art rəsmi, illər boyu Filip Conson tərəfindən saxlanılmış və hazırda Nyu-York Müasir İncəsənət Muzeyinin kolleksiyasına daxildir. Rəsm Lixtenşteynin erkən pop-art işlərindən biridir və bilinən mənbəyə görə, bir neçə onillikdə nəşr olunan qəzet reklamın üzərində əsaslanıb.
Topla qız | ||
---|---|---|
Girl with Ball | ||
| ||
Rəssam | Roy Lixtenşteyn | |
Tarixi | 1961 | |
Üslubu | məişət janrı | |
Texnikası | Yağlı boya | |
Materialı | yağlı boya[d][1] | |
Saxlanıldığı yer | Nyu-York Müasir İncəsənət Muzeyi | |
İnventar nömrəsi | 421.1981 |
"Topla qız" Roy Lixtenşteynin ilk solo sərgisində və "Newsweek"in şou icmalında nümayiş olunmuşdur. Bu rəsm orijinal mənbəni əhəmiyyətli dərəcədə dəyişdirib, Lixtenşteynin işlərinin nümunəsi hesab olunur, baxmayaraq ki, bu rəsm əsərinin mexanik görünüşü şişirilib. Bu rəsm müasir gözəllik formasının davamlı təsviridir.
Tarixi
redaktə"Topla qız" 1961-ci ildə "Mount Airy Casino Resort"un Pokono dağlarında reklamı üzərində əsaslanıb.[2] 1955-ci ildən nəşr olunan reklam Nyu-York regionunda xeyli yayılmış və "The New York Times" və "New York Daily News" kimi tanınmış qəzetlərdə nəşr olunmuşdur.[3] Lixtenşteynin rəsminə baxmayaraq, reklam iyirmi ildən çox qəzetlərdə nəşr olunmuşdur.[4]
Lixtenşteynin saytına görə, 1961-ci ilin payızında, Rutgers Universitetinin Allan Kaprou adlı müəllimi Lixtenşteyni və Leo Kastelli qalereyasının sədri İvan Karpla tanış edib. Lixtenşteyn Karpa bir neçə rəsm, o cümlədən "Topla qız" rəsminin nümayiş etdirmişdir, hansı ki, Karpı maraqlandırmışdır. Bir neçə həftədən sonra Karp Lixtenşteyni təmsil etməyə razılaşdı. Rəsmi Endi Uorhola göstərdikdən sonra, Karp noyabrın əvvəlində onu memar Filip Consona satdı. Rəsm "Newsweek"in 1962-ci il Lixtenşteynin Kastelli Qalereya şou icmalında nümayiş olundu.[5] Rəsm 1963-cü ilin 3 aprelində Hyuston Müasir İncəsənət Muzeyinin "Pop! Goes the Easel" sərgisində, Lixtenşteynin "Brattata" (1962) və "Head-Red and Yellow" (1962) əsərlərləri ilə nümayiş olunub.[6]
Təsviri
redaktə"Topla qız" rəsmində çimərlik paltarında qırmızı zolaqlı topla, dodaqları və dili ilə eyni rəngdə olan qadın təsvir olunub.[4] Lixtenşteyn özünün nostaljik fotoşəkil mövzusunun yaratmaq üçün rəssamın komiks strip sənət üsullarından istifadə etdi və bu sadələşdirilmiş bir sənət əsəri olması ilə nəticələndi. O, bu rəsmi əsas rənglərin Ben-Dey nöqtələri ilə işləmişdir. Bu proses, fotoşəkilini şaşırtıcı və sıx bir forma verən "mexaniki təkrarlanma məhdudiyyətlərini" şişirdilməsi kimi təsvir olunub. 1961-ci ildə bu rəsm inqilabi idi.[7] Rəsmdə burun və ağız kimi üz xüsusiyyətləri "kommersiya stenoqrafiyası" ilə işləmişdir.[8]
Onun orijinal əsərin yenidən işlənməsi prosesi "toplama işlemi ilə soyutma" kimi təsvir edilir, hansı ki, orijinalın bütün xüsusiyyətlərini sadə qrafik elementlərə kiçildilmişdir.[9] Lixtenşteyn şəkil mövzusunun planar mövqeyini "şəkil düzünə yaxın" mövqeyinə dəyişib. O, bir karikaturaçıdan gözləniləndən daha çox təhrif etmişdi və onun iki ölçüsündə diqqətləndirmişdi.[10]
Qəbulu
redaktəRəsm və rəsmin üsulu qeyri-rəsm kimi qəbul olunmuşdu.[11] Lakin, rəsm çap texnologiyası nəzərindən "Ben-Dey" nöqtələri və "Art Nouveau formaları" ilə sənət tarixi tərəfindən tərifə layiq görülmüşdü. Rəsm "xam və sadə" iş olsa da, sənətkarlıq intellektini göstərir.[12]
Diana Ualdman "Topla qız" rəsmini tətil atmosferini sadə və cəsarətli bir şəkildə təqdim etdiyi üçün "diqqəti çəkən" adlandırıb. O, qeyd edir ki, "Pikassonun bu mövzuda etdiyi rəsmlərdən birində oyun yığınını xatırladır" (Çimərlik topu ilə çimən, 1932-ci il) və "xüsusilə Lixtenşteyn rəsmin nümayəndəliyin aşağı salır və hərəkəti təsvir edir".[13]
Qəzetin reklam qaynağı Lixtenşteyni "günün ən məşhur tropeslarından biri olan qadının imici" ilə təmin etdi. Betti Qreybl-tipli Lixtenşteynin simvolik bir dəyər üçün istifadə etdiyi cazibədar dəb fiquru idi. Onun "ikonoklastik qadın fiquru" Eduard Manenin "Olimpiya" (1863), Pablo Pikassonun "Avinyonlu qızlar" (1907) və Villem de Kuninqin "Qadın III" sıralarına salmışdır.[13]
Ədəbiyyat
redaktə- Coaplans John, redaktorOn Lichtenstein // Roy Lichtenstein. Praeger Publishers. 1972.
- Waldman, Diane. Comic Strips and Advertising Images // Roy Lichtenstein. Solomon R. Guggenheim Museum. 1993. ISBN 0-89207-108-7.
İstinadlar
redaktə- ↑ http://www.moma.org/collection/browse_results.php?object_id=79665.
- ↑ Varnedoe, Kirk and Adam Gopink, redaktorIllustrations (numbers 220 & 221) // Modern Art and Popular Culture: Readings in High & Low. Museum of Modern Art and Harry N. Abrams, Inc. 1990. ISBN 0-8109-2466-8.
- ↑ Waldman. Comic Strips and Advertising Images. səh. 55.
- ↑ 1 2 Alloway, Lawrence. Roy Lichtenstein. Abbeville Press. 1983. 17–18. ISBN 0-89659-331-2.
- ↑ "Chronology". Roy Lichtenstein Foundation. may 7, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: may 9, 2012.
- ↑ Livingstone, Marco, redaktorPop Art: An International Perspective. Rizzoli International Publications, Inc. 1991. səh. 37. ISBN 0-8478-1475-0.
- ↑ The Museum of Modern Art, MoMA Highlights. New York: The Museum of Modern Art. 2004 [1999]. səh. 238.
- ↑ Schneider, Eckhard, redaktorRoy Lichtenstein: Classic of the New. Kunsthaus Bregenz. 2005. səh. 139. ISBN 3-88375-965-1.
- ↑ Coplans, p. 176.
- ↑ Waldman, Diane. Comic Strips and Advertising Images // Roy Lichtenstein. Solomon R. Guggenheim Museum. 1993. 49–55. ISBN 0-89207-108-7.
- ↑ Livingstone, Marco. Pop Art: A Continuing History. Thames and Hudson. 2000. səh. 73. ISBN 0-500-28240-4.
- ↑ Russell, John. The Meanings of Modern Art. Harper & Row, Publishers. 1981. səh. 346. ISBN 0-06-013701-0.
- ↑ 1 2 Waldman, Diane. Comic Strips and Advertising Images // Roy Lichtenstein. Solomon R. Guggenheim Museum. 1993. səh. 55. ISBN 0-89207-108-7.