Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur.

Sudan
Ərəbcə. جمهورية السودان
İngiliscə. Republic of Sudan
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"Qələbə bizimdir (an-Nasru la-naa)"
Himn: 
  • نحن جند الله، جند الوطن
  • Nahnu Jund Allah Jund Al-watan
  • Naḥnu Jund Allah, Jund Al-waṭan  
  • Biz Tanrının Əsgərləriyik, Millətin Əsgərləriyik
Tarixi
 • Böyük BritaniyaMisirdən müstəqillik 1 yanvar 1952
Rəsmi dilləri
Paytaxt Xartum
İdarəetmə forması Respublika
Prezident Abdel Fattah al-Burhan
Vitse-president Mohamed Hamdan Dagalo
Sahəsi
 • Ümumi 2505810 km²
Əhalisi
 • Əhali 44,909,353 nəfər nəfər
 • Sıxlıq 21 nəf./km²
İnternet domeni .sd
ISO kodu SD
BOK kodu SUD
Telefon kodu +249
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Sudan

Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib. 1983-cü ildə ölkədə baş verən vətəndaş müharibəsi Sudanı iki hissəyə – müsəlmanlardan ibarət şimal və xristianlardan ibarət cənub hissəsinə böldü. Bölgəyə böyük maraq göstərən ABŞ əvvəlcə Xartumdakı hökumətə, yəni nəzarətləri altında olan ərazilərdə şəriət qanunlarını tətbiq edən müsəlmanlara dəstək verdi ki, bu da mübarizəni daha da şiddətləndirdi. 22 ilə qədər, yəni 2005-ci ilədək davam edən müharibə "İkinci vətəndaş müharibəsi" adını aldı. Bu illər ərzində aclıqdan, xəstəlikdən, işgəncələrdən və döyüş əməliyyatlarında 2 milyondan çox insan həlak oldu, 4 milyondan artıq insan isə qaçqın düşdü. Sudanda baş vermiş bu hadisələr ölkəni böhrana sürükləyirdi[3].

1989-cu ildə müsəlmanlardan ibarət olan şimalda hərbi çevriliş baş verdi. Hakimiyyəti əvvəlkindən daha radikal qüvvələr ələ keçirdi. Bu dəfə ABŞ cənubdakı qiyamçılara dəstək verməyi qərara aldı[3].

1990-cı ildə ABŞ-nin "Chevron" şirkəti tərəfindən Sudanda neft yataqlarının aşkar edilməsi problemi daha da qızışdırdı. Məhz neftlə zəngin rayonlarda müharibə ən şiddətli xarakter aldı. Tərəflərdən hər biri onların üzərində nəzarəti ələ keçirməyə çalışırdı. Döyüş əməliyyatları ABŞ-nin neft sənayeçilərinə neft hasilatını nizama salmağa mane olurdu. Ona görə də 1994-cü ildə ABŞ-nin təzyiqi ilə Sudanın İslam hökuməti ilə Cənubi Sudandakı qiyamçılar arasında ölkənin yeni dövlət quruluşu haqqında bəyannamə imzalandı. Lakin bu sənəd yalnız 1997-ci ildə – yenə də ABŞ-nin və onun NATO üzrə müttəfiqlərinin təzyiqi altında qüvvəyə mindi. Ancaq şimal rəhbərləri danışıqlara getmədilər. Buna dərhal reaksiya verən ABŞ-nin xüsusi xidmət orqanları şimali Sudanda xalq üsyanlarını təşkil etdi. Bu etirazlara Qərbdən xeyli dəstək alan güclü müxalifət rəhbərlik edirdi. Hökumət bu üsyanları çox sərt şəkildə yatırırdı. Narazılıqların arası kəsilmirdi[3].

1998-ci ildə Amerika aviasiyası şimali Sudanın paytaxtı olan Xartum şəhərini bombardman etdi. Bundan sonra Xartumda parlament çoxpartiyalılığı təsbit edən yeni Konstitusiyanı qəbul etdi. Müxalifətə seçkilərdə iştirak etməyə icazə verildi. Lakin müharibə davam edirdi[3].

Yalnız 2005-ci ildə cənubla şimal silahlı qarşıdurmaya son qoymaq haqqında razılığa gəldi. Keçid dövrü haqqında razılıq əldə edildi. Sülh prosesi kifayət qədər uzun çəkdi. 2011-ci ildə keçirilmiş referendumundan sonra Cənubi Sudan müstəqillik əldə etdi[3]. ABŞ isə hər iki tərəfə dəstək, o cümlədən hərbi dəstəyini davam etdirir. Çünki neft cənubi Sudanda hasil olunur, lakin neft kəmərləri və terminalları şimali Sudanın ərazisində yerləşir ki, bu da hər iki ölkənin hökumətlərini ABŞ-nin iqtisadi və hərbi yardımından asılı vəziyyətə salmışdır[3].

2019-cu il aprelin 11-də Sudanda ötən ilin dekabrında çörəyin qiymətinin bahalaşmasına qarşı keçirilən aksiyalar 1989-cu ildən ölkəni idarə edən Ömər əl-Bəşirin devrilməsi ilə nəticələndi. Silahlı Qüvvələr onun 30 illik hakimiyyətinə son qoydular. Ömər əl-Bəşirin hazırda ev dustaqlığında olduğu bildirilir. Sudanın müdafiə naziri və vitse-prezident Avad ibn Auf ölkənin idarə edilməsinə nəzarət edəcək müvəqqəti hərbi şuranın başçısı kimi and içib. Sudan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Kamal Abdul Maaruf isə onun müavini olub.[4]

Coğrafiyası

redaktə

Ölkənin ərazisi 2.505.810 km² – dir. Ərazisinin böyük hissəsi Şimali Afrikada yerləşir. Nil çayı ölkəni iki hissəyə ayırır, həmçinin Nil çayının qolları olan Ağ NilMavi Nil ölkə ərazisində qovuşur. Ərazisi Nil çayı sahilləri istisna olmaqla əsasən səhralardan ibarətdir. Sudan şimal şərqdən Qırmızı dənizlə sərhəddir.[5]

Əhalisi

redaktə

2008-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən ölkə əhalisinin sayı 39.154.490 nəfərdir .[5] Sudan əhalisi rəngarəng etnik tərkibə malikdir . Ölkədə təxminən 134 dilidə danışan xalq və tayfa yaşayır . Onların içərisində ən böyük saya malik etnik qrup ərəblərdir və onlar Sudan əhalisinin 51%-ni təşkil edirlər .[6]

Dövlət quruluşu

redaktə

Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik federativ respublikadır. Milli bayram günüolan müstəqillik günü (1956) 01 yanvar tarixində qeyd olunur.2005-ci ildən etibarən ölkədə keçid Konstitusiyası qüvvədədir.

Mövcud Konstitusiyaya əsasən dövlət vəhökumət başçısı, habelə silahlı qüvvələrin ali baş komandanı sayılan Sudan Prezidenti ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilir.Çox geniş səlahiyyətlərə malik olan prezidentə dövlətin idarə edilməsində vitse-prezident (09 iyul 2011-ci ildən etibarən Sudan Respublikasının vitse-prezidenti Əli Osman Məhəmməd Tahadır) bilavasitə köməklik göstərir. Vitse-prezident və hökumət üzvləri, habelə silahlı qüvvələrin ali hərbi zabit heyəti və digər yüksək vəzifəli məmurlar dövlət başçısı tərəfindən təyin edilirlər. Bundan əlavə, Prezident ölkədə müharibə hazırlığı və fövqəladə vəziyyət elan etmək, məhkəmənin qərarı ilə ölüm hökmünün icrasını təsdiq və cəzadan azad etmək səlahiyyətlərinə malikdir. Sudanın hazırkı prezidenti 16 oktyabr 1993-cü ildən etibarən Ömər Həsən Əl-Bəşirdir (2010-cu il 11–15 aprel tarixlərində keçirilmiş son Prezident seçkilərində 68,24% səs toplayaraq yenidən dövlət başçısı seçilmişdir).

Nümayəndələri dolayısı ilə ştatların qanunverici orqanları tərəfindən 6 illik müddətə seçilən 50 üzvlük Ştatlar Şurasından və tərkibində hökumət üzvlərinin, keçmiş qiyamçıların, müxalifətçilərin yer aldığı 450 yerlik Milli Assambleyadan ibarət iki palatalı Parlamentölkədə qanunvericilik hakimiyyətini həyata keçirilir.Qanunların hazırlanması və qəbulu ilə yanaşı, illik dövlət büdcəsinin təsdiqi, beynəlxalq müqavilələrin ratifikasiyası, Konstitusiyaya düzəlişlər edilməsi və icra hakimiyyətinin fəaliyyətinə nəzarət olunması Parlamentin səlahiyyətlərinə daxildir.

Mövcud Konstitusiyaya uyğun olaraq, hakimləri ölkə Prezidenti tərəfindən təyin edilən və onun qarşısında məsuliyyət daşıyan Ali Məhkəmə və Xüsusi İnqilab məhkəmələri, habelə aşağı instansiya məhkəmələri tərəfindən həyata keçirilir.

Cənubi Sudan

redaktə
  Əsas məqalə: Cənubi Sudan

2011 ildə Sudan 2 ölkəyə bölünüb: Şimalı SudanCənubi Sudan.

Mənbə

redaktə
  • Ə.Həsənov, A.Vəliyev. Dünya ölkələrinin müasir siyasi sistemləri, Bakı, 2013.

İstinadlar

redaktə
  1. 1 2 8.3 // Constitution of Sudan.
  2. http://chartsbin.com/view/edr.
  3. 1 2 3 4 5 6 Nərgiz Əfəndiyeva. Afrika və XXI əsrin çağırışları Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine. newtimes.az, 23.07.2015  (az.)
  4. Sudanda hərbi çevriliş — "Ərəb baharı" davam edir Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine Şərh Report.az
  5. 1 2 "The Major Cities and Agglomerations of the World – Overview : Sudan". 2013-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-24.
  6. "Ethnologue:Languages of the World : ARABIC, SUDANESE SPOKEN: a language of Sudan (15,000,000 or more in Sudan, 51% of population (1991).)". 2007-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-21.