Santa Kroçe (Florensiya)
Santa Kroçe—(Müqəddəs Xaçın Baziliyası), İtaliyanın Florensiyadakı əsas Frank kilsəsidir və Roma Katolik Kilsəsinin kiçik bir bazilikasıdır. Duomo kilsəsindən təxminən 800 metr cənub-şərqdə, Piazza di Santa Croce'də yerləşir. Həmin ərazi əvvəllər şəhər divarlarından kənarda bataqlıqda idi. Mikelancelo, Qaliley, Makiavelli, şair Foskolo, filosof Centile və bəstəkar Rossini kimi ən məşhur İtalyanların dəfn yeridir, beləliklə də İtalyan Məşhurlarının Məbədi olaraq tanınır (Tempio dell'Itale Glorie).
katolisizm | |
Santa Kroçe | |
---|---|
Basilica di Santa Croce | |
Yerləşməsi | |
Ölkə | İtaliya |
Bölgə | Toskana |
Şəhər | Florensiya |
Memarlıq | |
İnşa tarixi | 1294 – 1385 |
Memarı | Arnolfo Di Kambio |
Üslubu | Qotik, Renessans |
|
|
Saytı | |
santacroceopera.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Bina
redaktəBazilika dünyanın ən böyük Frank kilsəsidir. Bazilikanın əsas diqqət çəkən hissəsi on altı ibadətgahdır, onların bir çoxu Ciotto və şagirdləri tərəfindən hazırlanmış, freskalarla bəzədilmiş məzarlar və məqbərələrdir. Əfsanədə deyilir ki, Santa Kroçe, Müqəddəs Françesko tərəfindən təsis edilmişdir. Hazırkı kilsənin inşasına köhnə bir binanın əvəz edilməsi üçün 12 may 1294-cü ildə başlandı. Ehtimal edilir ki, Arnolfo di Kambio və şəhərin bəzi varlı ailələri tərəfindən bu tikinti üçün ödəniş edilib. 1442-ci ildə Papa IV Yevgeni tərəfindən təqdis edilib. Binanın dizaynı frankların sərt üslubunu əks etdirir. Mərtəbə planı Misir və ya Tau xaçı formasında (Müqəddəs Françeskonun simvolu), uzunluğu 115 metr olan bir kilsə zalı və iki saplı səkkizbucaqlı sütun xətləri ilə ayrılmışdır. Kilsənin cənubunda bəzi hissələri hələ də qalmaqda davam edən bir monastır var idi. Əsas keşiş Primo Kiostro, keşişlər məclisi binası olaraq inşa edilən Cappella dei Pazzi evlərini 1470-ci illərdə tamamladı. Filippo Brunelleski (Duomo günbəzinin tərtibini hazırlayan və inşa edən) binanın sərt sadə və rəngsiz dizaynı üzərində işləyirdi.
1560-cı ildə xor üçün ayrılmış hissə protestantlara qarşı olan əks-islahatın və Corco Vazari tərəfindən həyata keçirilən yenidənqurma ilə bağlı daxili dəyişikliklərin bir hissəsi olaraq ləğv edildi. Nəticədə kilsənin dekorasiyasına ziyan dəydi və əvvəllər burada yerləşən qurbangahların əksəriyyəti yox edildi. I Kozimonun tapşırığına əsasən, Vazari Ciottonun freskalarını yenidən suvaq etdi və bir neçə yeni qurbangah yerləşdirdi.
Zəng qülləsi 1842-ci ildə ildırımdan zərər görmüş əvvəlki qüllənin əvəzinə inşa edilmişdir. Neo-qotik mərmər fasadı 1857–1863-cü illərə aiddir. Ankonadan olan yəhudi memar Nikkolo Matas, kilsə fasadının tərtibində məşhur David Ulduzundan istifadə etdi. Matas həmyaşıdları ilə birlikdə dəfn olunmaq istəyirdi, lakin yəhudi olduğu üçün eşik altında dəfn edildi və bir kitabə ilə yad edildi.
İtaliyanın müstəqilliyini və birliyini qazanan müharibələrin ardınca, 1866-cı ildə əksər dini evlər kimi bu kompleks də hökumətin təzyiqi ilə ictimai mülkiyyətə çevrildi.
Museo dell'Opera di Santa Croce, əsasən yeməkxanada yerləşir. Florens Naytingelə həsr olunmuş abidə, anadan olduğu və sonra adını verdiyi şəhərdəki monastırda yerləşir. 1453-cü ilə Brunelleski tərəfindən daxili monastırın inşası da tamamlanıb.
1940-cı ildə, II Dünya Müharibəsi zamanı müxtəlif əsərlərin etibarlı şəkildə gizlədilməsi zamanı Yuqo Prokaççi, Ciottoya məxsus "Poliptik Badiya" əsərinin kilsədən aparıldığını görür. O, bunu Napoleon işğalı zamanı əsərin "Badiya Fiorentina" kilsəsindən çıxarılması və Santa Kroçedə təsadüfən yenidən qurulması ilə əsaslandırırdı. 1958–1961-ci illər arasında Leonetto Tintori, orijinal əsəri ortaya çıxarmaq üçün Ciottonun Peruzzi Chapel səhnələrindən ağartma və aşırı rəng qatlarını sildi.
1966-cı ildə Arno çayının daşması nəticəsində Santa Kroçe də daxil olmaqla, Florensiyanın bir çox hissəsini su basdı. Daşqın özü ilə palçıq və çirklənmə gətirərək kilsəyə girdi. Bina və sənət xəzinələrinə vurulan ziyan bir neçə onilliklər ərzində binanı təmir etməklə nəticələndi.
Hazırda Fransisk rəfiqələrinin keçmiş yataqxanasında Scuola del Cuoio (Dəri Məktəbi) fəaliyyət göstərir. Ziyarətçilər qonşu mağazada satılan, sənətkarların hazərladığı pul kisələri, cüzdanları və digər dəri əşyalarını seyr edə bilərlər.
Təmiri
redaktəBazilika İtaliyanın mülki müdafiə agentliyinin köməyi ilə çoxillik bərpa proqramı keçir. 20 oktyabr 2017-ci ildə İspaniyadan gələn bir turistin ölümünə səbəb olan hörgü düşməsi səbəbiylə bina ziyarətçilər üçün bağlandı. Bazilika kilsənin sabitliyini araşdırarkən müvəqqəti bağlandı.
İncəsənət
redaktə- Benedetto da Maiano
Qəbir abidələri
redaktəBazilika, Florensiyada ibadət və himayə yeri olaraq populyarlaşdı və böyük hörmətli Florentinlilərin burada dəfn edilməsi və ya xatırlanması adət halını aldı.
- Leon Battista Alberti
- Giovan Vincenzo Alberti
- Vittorio Alfieri
Ədəbiyyatda
redaktə- A Room with a View (1908), E. M. Forster,
- Romola (1863), George Eliot