Sabunçu rayonu

Bakı şəhərində rayon


Sabunçu rayonu (əvvəlki adı: Lenin rayonu) — Bakı şəhərinin rayonu. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Lenin rayonu Sabunçu rayonu adlandırılmışdır.[2]

Sabunçu rayonu
Gerb
Gerb
40°25′59″ şm. e. 49°57′00″ ş. u.HGYO
Ölkə
Başçı Adil Vəliyev
Tarixi və coğrafiyası
İlk məlumat 11 noyabr 1920
Sahəsi
  • 244,3 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 247.200 nəf. (1 yanvar 2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 12
Poçt indeksi AZ1000
Digər
sabunchu-ih.gov.az
Xəritəni göstər/gizlə
Sabunçu rayonu xəritədə
Sabunçu rayonu
Sabunçu rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

29 aprel 1992-ci ildə Lenin rayonu adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır. Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Razin qəsəbəsinə adı verilmiş və 1992-ci ildə Bakıxanov qəsəbəsi adlandırılmışdır.

Mədəniyyəti

redaktə

Sabunçu rayonu 10 qəsəbədən ibarətdir. Rayonda 5016 ailə olmaqla 20859 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın məskunlaşmışdır.

Rayonda 46 məktəb, 3 internat və 25 səhiyyə müəssisələri fəaliyyət göstərir. Sabunçu rayonu ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 75 sənaye, 53 tikinti, 9 nəqliyyat, 2 kənd təsərrüfatı və 370 ticarət obyekti və sair fəaliyyət göstərir.

Əhalisi

redaktə

AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 231.271 nəfər əhali yaşayır.[3][4]

Etnik tərkib

redaktə
Etnik
qrup
13–22 aprel, 2009-cu il sa.[5]
Sayı %
cəmi 220 496 100%
azərbaycanlı 205 807 93.34%
rus 9 987 4.53%
tatar 2 611 1.18%
ukraynalı 1 139 0.52%
yəhudi 276 0.13%
digər 676 0.31%

İqtisadiyyatı

redaktə

Məşğul əhalinin əsas hissəsi mədənçıxartma sənayesindən, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisəsindən, çörək, fındıq və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.Hazırda rayon üzrə məşğul əhalinin sayı 30273 nəfər, o cümlədən sənayedə çalışanların sayı 8777 nəfər, tikintidə 1378 nəfər, büdcə təşkilatlarında 1210 nəfər, təhsildə 4860 nəfər, səhiyyədə 4296 nəfər, digər sahələrdə 9752 nəfərdir.

İstinadlar

redaktə
  1. http://www.baku.azstat.org/section/demography/001.xls.
  2. "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  3. Bakı Şəhər Statistika İdarəsi Arxivləşdirilib 2015-02-07 at the Wayback Machine: Statistikanın bölmələri: Demoqrafik göstəricilər: Bakı şəhərinin rayonları və qəsəbələri üzrə əhalinin sayı Arxivləşdirilib 2016-09-29 at the Wayback Machine
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine (min nəfər)
  5. Sabunçu rayon İcra Hakimiyyəti Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine: Rayon haqqında — Əhalisi Arxivləşdirilib 2022-04-16 at the Wayback Machine, yoxlanılıb: 9 may 2014-cü il.

Xarici keçidlər

redaktə