Roman Yusifov
Roman Yusifov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
Roman Yusifov | |
---|---|
Roman Yasəf oğlu Yusifov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şabran rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Qələgah, Şabran rayonu, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1992-1995 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
redaktə28 iyul 1973-cü il Şabran rayonunda anadan olmuşdur. 1980-1990-cı illərdə buradakı 2 saylı orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Milli Orduya çağırılır. Roman bir müddət Naxçıvan şəhərində təlim keçir, daha sonra onu Sədərək rayonuna göndərirlər. Erməni işğalçıları ata-baba torpağımız olan bu ərazilərə də hücumlar edirdilər.
Döyüşlərdə iştirakı
redaktəRoman bir neçə dəfə döyüşlərə atılmışdı. 1992-ci il oktyabr ayında o, yaralanır. Müalicə olunduqdan sonra isə "N" saylı hərbi hissədə xidmətini davam etdirirdi. 13-17 martda baş vermiş Mart hadisələri ndə xeyli günahsız insanlar həlak oldu. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün əməliyyatda Roman da iştirak edirdi. Qəlbi daima Vətən eşqi ilə döyünən gənc Romanın arzuları ürəyində qaldı. O, dövlətçiliyimiz uğrunda ömrünün ən gözəl bir zamanında, 21 yaşında əbədiyyətə qovuşdu.
Ailəsi
redaktəSubay idi.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Yusifov Roman Yasəf oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Şabran rayonunun Qalagah kəndində dəfn edilib.
Oxuduğu 2 saylı orta məktəb onun adını daşıyır.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 278.