Rəqəmsal məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rəqəmsal məlumat — Mikroprosessor sistemi rəqəmsal kodları ardıcıllıqla təmsil edən rəqəmsal informasiya ilə işləyir.Hər hansı bir mikroprosessor sisteminin əsasında 0 və 1-dən ibarət yalnız ikili say sistemində ədədləri ayırd edə bilən bir mikroprosessor durur. İkili say sistemində ədədlər ikili saylı rəqəmlərlə yazılır. Məsələn, gündəlik həyatda, biz onluq sistemdən istifadə edirik, hansında ki, ədədləri yazmaq üçün on simvol və ya rəqəm - 0,1, 2, 3, 4, 5, 6, 7, 8, 9 olan bir sistemdir. Uyğun olaraq , ikili sistemdə belə simvolların (və ya rəqəmlərin) sayı yalnız ikidir - 0 və 1.[1]
Xarakteristikası
redaktəBaşa düşmək lazımdır ki, say sistemi - yalnız ədədlərin yazılması qaydalarıdır və sistemin növünün seçilməsi onun istifadə üçün rahatlığı ilə müəyyən edilir. İkili sistemin seçimi onun sadəliyi, və uyğun olaraq rəqəmsal cihazların işləməsinin etibarlılığı və onların texniki tətbiqinin asanlığı deməkdir. Rəqəmsal informasiyanın ölçü vahidlərini nəzərdən keçirək: Bit (ingiliscə "Binary digiT" - ikili ədəd) yalnız iki dəyər alır: 0 və ya 1. Bununla "hə" və ya "yox", "qoşulu" və ya "söndürülmüş", "açıq" və ya "qapalı" və s.vəziyyətlərini kodlaşdırmaq olar. Səkkiz bit qrupu bir bayt adlanır, məsələn 10010111. Bir bayt 256 dəyər verə bilər: 00000000 - 0, 11111111 - 255. Bit - informasiyanın ən kiçik vahididir. Bayt, məlumatların emalının ən kiçik vahididir. Bir bayt, adətən 8 bitdən ibarət olaraq kompüter sözünün bir hissəsidir və kompüterdə saxlanıldığı, ötürülməsi və emal edildiyi zaman informasiya sayının vahidi kimi istifadə olunur. Bir bayt hərfləri, hecaları və xüsusi simvolları (adətən bütün 8 biti tutur) və ya onluq rəqəmləri (1 baytda 2 rəqəm olmaqla) təmsil etmək üçün istifadə olunur.İki əlaqəli bayta bir söz deyilir, 4 bayt - ikiqat söz, 8 bayt - dördqat sözdür.[2]
Əhatə dairasi
redaktəDemək olar ki bizi əhatə edən bütün məlumatlar, analoqdur. Buna görə, məlumat prosessorda daxil edilməzdən əvvəlcə o, ARÇ (analog-rəqəmsal çevirici) vasitəsi ilə çevrilir. Bundan əlavə, məlumatlar xüsusi formatda kodlanır və onlar rəqəmli, məntiqi, mətn (simvollu), qrafik, video və s. şəkildə ola bilər.
Məsələn, mətn məlumatlarını kodlaşdırmaq üçün ASCII kodu cədvlindən istifadə olunur (ingiliscə American Standard Code for Information Interchange - məlumat mübadiləsi üçün Amerika Standart Kodu). Bir xarakter 256 dəyər ala bilən bir bayt ilə yazılır. Qrafik məlumatlar nöqtələrə (piksellərə) bölünür və hər bir nöqtənin rəng və mövqeyinin kodlaması horizontal və vertikal şəkildə aparılır.
Unicode, dünya yazı sistemlərinin əksəriyyətində əks etdirilən mətnin düzgün kodlaşdırılması, təqdim edilməsi və işlənməsi üçün bir hesablama sənayesi standartıdır. Standart Unicode Konsorsiumu tərəfindən qorunur və 2018-ci ilin iyun ayından etibarən ən son versiya olan Unicode 11.0, 146 müasir və tarixi skriptləri əhatə edən 137,439 simvol və bir çox simvolu dəsti və emoji (smaylik) repertuarını ehtiva edir. Unicode Standardının xarakter repertuarı ISO / IEC 10646 ilə sinxronlaşdırılır və hər ikisi üçün kod eynidır.[2]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət" (PDF). 2011-05-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-16.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.