Qoşqarçay
Qoşqarçay - Kürün sağ qoludur. Daşkəsən, Göygöl və Samux rayonları ərazizsindən axır.
Qoşqarçay | |
---|---|
Ölkə | |
Keçdiyi ərazilər | Azərbaycan |
Uzunluğu | 76 km |
Hövzəsinin sahəsi | 798 km² |
Ümumi məlumat
redaktəUzunluğu 76 km, hövzəsinin sahəsi 798 km²-dir. Murovdağ silsiləsinin şimal yamacından axan Hamamçay və Xoşbulaq çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi Şamamçay qolunun başladığı yerdə, 3368 m yüksəklikdə yerləşir. Başlıca qolları soldan Quşçu (uzunluğu 11 km), Zəngil (uzunluğu 17 km), Xeyrə (uzunluğu 24 km), sağdan Xaç-bulaq (uzunluğu 11 km), Ziyarət (uzunluğu 10 km) və Sarısu (uzunluğu 11 km) çaylarıdır.
İllik axımının 45%-i yağış, 30%-i qar,25%-i isə yeraltı sulardan əmələ gəlir. Yağış sulardan əmələ gəlir.Çayda əsas daşqın yazda olur, davamiyyət orta hesabla 90-100 gün çəkir. Bu dövrdə illik axım həcmindən 20-25 dəfə çox olur.Daşqından sonra azsulu dövrü başlayır. Bu dövrdə illik axımının 8-10%-i keçir.İkinci azsulu dövr qış aylarında muşahidə edilir.
Orta illik su sərfi 3,41 kub m/san-dir.Axımının çox hissəsi yaz və yay aylarında keçir.İntensiv suvarma dövründə illik axımın 10-12%-i axıdılır.
Çayın orta illik asılı gətirmələr sərfi 0,11kq/san, lilənməsi isə 320q/kub m olur,bunun da çox hissəsi (50-70%)may-iyun aylarında keçir.Suyu orta minerallaşmaya (300-500 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur.
Çayın suyundan kənd təsərrüfatı və sənayə sahələrində geniş istifadə edilir.Üzərində HES qurulmuşdur.
Həmçinin bax
redaktəMənbə
redaktə- Qoşqarçay Arxivləşdirilib 2005-01-10 at the Wayback Machine