Qaçaq Nəbi

Azərbaycanın xalq qəhrəmanı Qaçaq hərəkatının görkəmli nümayəndəsi

Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı.

Qaçaq Nəbi
Nəbi Alı oğlu
Doğum tarixi 1854
Doğum yeri Aşağı Mollu, Zəngəzur qəzası, Tiflis quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Larin kəndi, Cənubi Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Həyat yoldaşı Həcər
Atası Alı
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Qaçaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür,[1] digərlərinə görə isə türkdür.[2] 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir.

Ailəsi

redaktə

Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır.

Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir.

Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyirdi. Nəbi buna dözməyib mülkədara müqavimət göstərir. Bundan sonra qaçaq düşür. Özü kimi narazı kəndlilərdən dəstə düzəldir. Onun dəstəsi NaxçıvanZəngəzur qəzalarında qaçaqlıq edir. O, kəndliləri zülümkarlardan müdafiə edirdi. Mülkadarların var dövlətini alaraq kəndlilərə paylayırdı. Arvadı Həcər də Qaçaq Nəbinin silahdaşı idi. Çar hökuməti 20 il qaçaq Nəbini dəstəsini məhv etməyə çalışmışdır. Lakin məqsədinə nail ola bilməmişdi. Sonda 1896-cı ildə martın 12-də satılmış iki xain qəflətən Nəbiyə hücum edərək onu öldürmüşdülər.

Qaçaq Nəbinin ailə üzvləri bunlardır:

  • Atası – Alı kişi
  • Anası –Mehri
  • Qardaşları – Mehdi, Məcid
  • Həyat yoldaşı – Həcər
  • Uşaqları – Xəlil, Əhməd ,Zeynəb, Məhəmməd(Oğlu Nəcəf)(Nəcəfin Oğlu Zülfəli)(Zülfəlinin Oğlu Lətif)

Məhəmməd Adında ki oğlunu, Nəbi Qaçaq Hərəkatını Davam Etdirmək Və Təhlükəsizlik üçün Cənubi Azərbaycanda Urmu-Xoy-Makı Rayonlarına Göndəribdir

Haqqında

redaktə

Filmoqrafiya

redaktə

Mənbə

redaktə
  • Hacı Nərimanoğlu, "Elin bu günündə gələydin, Nəbi", Aydınlıq qəzeti, 1988.
  • Hacı Nərimanoğlu, "Yaddaş", Gənclik jurnalı, may 1989.
  • Hacı Nərimanoğlu, Qubadlısız 16 il, "Nurlan", 2009.
  • Bəhlul Bəhcət, Qaçaq Nəbinin tarixi, (vəsiqə və sənədlər üzrə), Bakı, Çıraq, 2011, 288 səh
  • "Qaçaq Nəbinin ölümündən 115 il ötür" məqaləsi, Bütöv Azərbaycan qəzeti. 16 mart 2011. № 09(97). səh.16.
  • "Tarixi Xalq Qəhrəmanı – Qaçaq Nəbi" (az.). qubadli-ih.gov.az. 2015-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.

İstinadlar

redaktə
  1. "Azərbaycanın tarixi şəxsiyyətlərinə dair polemika". Yeni Müsavat (az.). 3 may 2013. 9 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.
  2. Nərimanoğlu, Hacı. ""Qaçaq Nəbi tarixi"nin "arxiv ömrü" sona çatdı". 525-ci qəzet (az.). 22 iyun 2011. səh. 6. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.
  3. 1 2 "Qaçaq Nəbi" (az.). portal.azertag.az. 2017-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.

Xarici keçidlər

redaktə