Ncamena

Çad dövlətinin paytaxtı və ən böyük şəhəri

Ncamena (fr. Ndjamena, ərəb. نجامينNijāmīnā "istirahət yeri"), 1973-cü ilə qədər Fort-Lami (fr. Fort-Lamy)) — Çadın paytaxtı, Şari-Bağirmi nahiyəsinin inzibati mərkəzi. Şari çayının sağ sahilində, Loqon çayı tökülən yerdə yerləşir. Qonşu ölkə Kamerunun Kousseri şəhəri ilə körpüylə birləşir. Ncamena Çadın 22 regionundan biridir və "arrondisment" adı verilən şəhərdən daha kiçik 10 inzibati vahidə bölünür. Ncamenanın xüsusi idarə statusu var.

Ncamena
N’Djaména
انجمينا
Gerb
Gerb
12°06′36″ şm. e. 15°03′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 29 may 1900
Sahəsi
  • 100 km²
Mərkəzin hündürlüyü 298 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.092.066 nəf. (2012)
Xəritəni göstər/gizlə
Ncamena xəritədə
Ncamena
Ncamena
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Görməli-gəzməli yerləri

redaktə

Ncamenanın əsas prospektləri Şarl de Qol və Feliks Eboue prospektləridir. Həmin prospektlərdə "Ncamena Milli Katedralı" (kilsəsi) və "Milli Muzeyi" yerləşir. Həmçinin, şəhərdə "Böyük Ncamena Məscidi", "Liberasiya və Başnazirlik Sarayı" və "Zakouma Təbii Parkı" kimi görməli yerlər var.

Əhalisi, dil və din

redaktə

2009-cu il siyahıyaalmaya görə 993 492 nəfər əhalisi var. Əsas əhali müxtəlif etnik qruplara aiddir, qalanları ərəblər və avropalılardır. Rəsmi dillər fransızərəb dilləridir. Bunlardan başqa məişət səviyyəsində nil-saxar, afraziya və niger-kardofan dillərində danışırlar. Əsas əhali islam dininə sitayiş edir, xristianlar bir qədər azdır. Əhalinin bir hissəsi yerli dinlərə sitayiş edirlər.

Mədəni vəziyyəti

redaktə

Şəhərin yetkin əhalisinin yarıdan çoxu savadsızdır. Müəllimlərin və xidmət sahələri qulluqçularının əksəriyyəti fransızlardır. Buna baxmayaraq şəhərdə Ncamena Universiteti, Zootexnika və Veteraniya İnstitutu, Humanitar Elmlər Milli İnstitutu, Tropik Ölkələrin Heyvandarlıq və Veteneariya İnstitutu, Pambıqçılıq İnstitutu, Milli Administrasiya Məktəbi, Milli Muzey fəaliyyət göstərir.

Əhalisi

redaktə

Əhalinin illərə görə artımı aşağıda verildiyi kimidir:

  • 1937: 9 976
  • 1940: 12 552
  • 1947: 18 375
  • 1968: 126 483
  • 1993: 529 555
  • 2005: 721 000

Qardaş şəhərlər

redaktə
  1. 1 2 ArchINFORM (alm.). 1994.