Mozaika (rəngli qurama) — (fr. mosaïque, it. mosaico, lat. (opus) musivum — muzalara həsr olunmuş əsər) eyni və ya müxtəlif rənglərdə şüşə, daş hissəciklərdən və plitələrdən hazırlanmış incəsənət nümunəsidir[1]. Mozaikalar daxili divarlarda, döşəmələrdə və tavanda istifadə oluna bilər. Bəzən mozaikalardan açıq havada səkilərdə də istifadə olunur. Monumental-dekorativ sənətinin əsas növlərindən biridir. Mozaikadan əsasən dekorativ-tətbiqi sənətdə, bəzi hallarda isə dəzgah incəsənətində istifadə edilir. Mozaika şablon şəkildə kəsilmiş sadə və mürəkkəb həndəsi formalı xırda material qırıqlarından yığılır və əhəng, sement, mastika yaxud mum təbəqəsinə bərkidilir[2]. Mozaikada həm də, xırda rəngli qeyr-şəffaf şüşə parçalarının nəm suvağa düzülür. Qədim zamanlarda mozaika üslubundan hovuzları bəzəmək üçün istifadə edirdilər.[3].

Qədim dövrün ən məşhur mozaika nümunəsi Pompey şəhərindədir və Makedoniyalı İsgəndərə həsr olunub.
Çində yerləşən qonaq evinin qarşısında Çin rəmzi olan daş mozaika var.

Qədim Şumerdə mozaika sənəti

redaktə
 
Ur şəhəri. Çar sarayı divarında mozaika

Mozaikanın tarixi Mesopotamiyada formalıaşan Şumer dövləti ilə bağlıdır. Bu eramızdan əvvəl 4 minilliyin II yarısına təsadüf edir. Hansı ki, DəcləFərat çayları hövzəsində meydana gəlmişdir. Şumerdə allahların, hakimlərin və çarların təsvirlərinin yaradılması ənənəsi mövcud idi. Həmin dövürlərdə qədim mozaika sənətinin əsası qoyuldu. Artıq mozaikanın əsasını balq qulağı və fil sümüyündən olan materiallar təşkil edirdi. Birləşdirici məhsul kimidə palçıq və bitki tərkibli qətrandan istifadə edirdilər[4]. Mozaika artıq bütün məbədlərin divarlarında digər metal və bəzək əşyaları ilə birlikdə iştirak edirdi. Mozaikanın əsas mövzusu fərqli olsa da, əsasən hərbi, mifoloji və gündəlik məişət səhnələrindən ibarət idi. Şumerdə evlərin divarları freskalarla bəzədilir, döşəmələri mozaika ilə örtülürdü.[5]

Mozaika yerə yerləşdirilmiş sementə və ya mastika təbəqəsinə rəngli fiqurlar daxil etməklə yaradılır. Bəzi mozaikaların yalnız iki və ya üç daşı var və dəyirmi daşlardan hazırlanır. Digər mozaikalar mərmərdən hazırlanır. Mozaikaların əksəriyyəti, xüsusilə İtaliyada olanlar, bişmiş plitələrdən hazırlanır. Bişmiş plitələr müxtəlif rənglərdə olur və naxışlar hazırlamaq üçün istifadə oluna bilər.

Bəzi plitələr saf qızıldan hazırlanmış kimi görülür. Bu plitələr əslində şüşədən hazırlanır və çox nazik qızıl təbəqəyə malikdir. Qızıl şüşədən görülür.

Antik və Orta əsr mozaikası

redaktə

Qədim Romalılar tərəfindən hazırlanmış mozaikalardan bəziləri dövrümüzə gəlib çatıb. Bu nümunələrə İtaliya, İngiltərə, Fransada, ümumiyyətlə Roma İmperiyasının tərkibində olmuş ərazilərdə rast gəlmək olar. Ən gözəl mozaika nümunələri eramızın 300–1400-cü illərində Erkən Xristian və Bizans dövrlərinə təsadüf edir. Kilsələrdə Bibliya tarixini əks etdirən mozaikalar mövcuddur.

Mozaikalar orta əsrlərdə İtaliya kilsələrini bəzəyən əsas vasitə idi. Həmin dövrlərdə İngiltərə, Fransa, AlmaniyadaŞimali Avropa ölkələrində mozaika populyar deyildi. Onlar daha çox vitrajlara üstünlük verirdilər. İtaliyada mozaika ilə bəzədilmiş interyeri ən məşhur olan kilsə Venesiyadakı Seynt Marks Basilika kilsəsidir. Londonda İtalyan üslubunda tikilmiş Vestminster kilsəsində 100 ildən çox tarixi olan mozaikalar hələ də mövcuddur. Senyt Marks və Vestminsterdə mozaikaların çoxunun qızıl fonu var.

Azərbaycanda mozaikanın tarixi

redaktə

Orta əsrlərdə Azərbaycanda tikililərdə mayolikadan maraqlı dekorativ mozaikalar yaradılıb. Naxçıvanda XVIII əsrdə inşa olunan Zaviyə məscidi adlandırılan binanın giriş qapısı və pəncərələri rəngli mozaika ilə bəzədilmişdir. Məşhur Şəki Xan sarayında da mozaikadan istifadə olunub. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Müasir Azərbaycan rəssamlarından O. Şıxəliyev, A. Rəcəbovun yaratdığı mozaika nümunələri Bakı Məişət Kondisionerləri Zavodunu, "Azərbaycan" nəşriyyatının girişini bəzəyir. Bakı metropoliteninin Nizami stansiyasında M. Abdullayevin, Neftçilər stansiyasında A. Ağamalov və M. Qafarovun mozaika kompozisiyaları Azərbaycan mozaika sənətinin ən yaxşı nümunələrindəndir.

Mozaikanın üsulları

redaktə

1. Mozaika materialı divar, tağ və s. səthinə çəkilmiş üzlüyə (sement ya mastika təbəqəsi) birbaşa bərkidilir.

2. Daş ya smalta qırıqları karton, eləcə də parça üzərinə çəkilmiş rəsmə üz tərəfdən (əksinə) yapışdırılır, arxa tərəfinə bərkidici material tökülür. Müvəqqəti əsas götürüldükdən sonra alınmış blok divara, ya tavana vurulur.

Hal-hazırda da mozaikanın cürbəcür növlərindən istifadə olunur. Bir çox hallarda şəhərlərin ictimai yerlərini bəzəmək üçün mozaikalardan istifadə olunur. Müasir mozaikalar bütün material növlərindən hazırlanır: mozaik plitələr, kafellər, qırılmış dam örtüyü plitələri, qab-qacaq qırıqları, güzgü qırıqları, metal və köhnə kərpic parçaları.

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. "Mozaika haqqında". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2014.
  2. "Arxivlənmiş surət". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-02.
  3. "Arxivlənmiş surət". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-02.
  4. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-02.
  5. "Arxivlənmiş surət" (PDF). 2016-03-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-10-02.