Mingəçevir Dövlət Dram Teatrı
M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrı – 1968-ci ildə təşkil edilmişdir. (1974-cü ildən M. Davudova adınadır). 1969-cu ildə Cəfər Cabbarlının "Almas" pyesi ilə açılışı olmuşdur.[2]
Mingəçevir Dövlət Dram Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Əsası qoyulub | 1968 |
Heyət | |
Direktor | İntiqam Soltan[1] |
Baş rejissor | Vüsal Mehrəliyev |
Baş rəssam | Rafael Haşımov |
Yerləşməsi | |
Ölkə | |
Yerləşir | Mingəçevir |
Repertuarı haqqında
redaktəTeatrın repertuarında klassik və müasir dramaturqların pyesləri geniş yer tutur.
Ən yaxşı tamaşaları: "Kəndçi qızı" (M. İbrahimov), "Mahnı dağlarda qaldı", "Unuda bilmirəm" (İ. Əfəndiyev), "Eşq və intiqam" (S.S.Axundov), "Müfəttiş" (N.V. Qoqol), "Hacı Qara" (M.F. Axundov), "Aydın", "Solğun çiçəklər" (C. Cabbarlı), "Haray" (İ. Hüseynov), "Ölülər" (C. Məmmədquluzadə), "Yol kənarı" (M. Zarudni), "Qütb ulduzu" (N. Xəzri), "Sərt oyunlar" (A. Arbuzov), "Duman çəkilir" (S. Azəri), "Pəri cadu" (Ə.B. Haqverdiyev), "Günəşli yer" (V. Vinniçenko) və b.
80-cı illərdə teatrda əməkdar artist V. Məmmədov, N. Rzayeva, artistlər K. Əliyeva, İ. Əlimov, H. Hörmətzadə, T. Şərifov və b. fəaliyyət göstərmişlər.
Teatrın baş rejissoru R. Almuradov idi. İndi baş rejissor Z.Q. Abbasovdur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Mingəçevir Dövlət Dram Teatrına yeni direktor təyin edilib". 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-19.
- ↑ "Teatr". 2007-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-17.