Möhsün Sadıq oğlu Cəfərov (Sənani) (19 iyun 1900, Tiflis11 fevral 1981, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1949).

Möhsün Sənani
Doğum adı Möhsün Cəfərov
Doğum tarixi
Doğum yeri Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatrkino aktyoru
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 1980 "Xalqlar dostluğu" ordeni — 1975 "Şərəf nişanı" ordeni — 1959 "Əmək igidliyinə görə" medalı "Əmək veteranı" medalı — 1976
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1949 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
IMDb ID1182360

Həyatı

redaktə

Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olmuşdur. 4–5 yaşında ikən ata-anasını itirmiş, nənəsinin himayəsində qalmışdır. 1906-cı ildə nənəsi onu mədrəsəyə qoyur. Nənəsinin məqsədi nəvəsini mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət, Azərbaycanın xalq artisti Əli Qurbanovun anasıdır. Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə şəxsən məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, o, Möhsünü də, onun bacısını da doğma övladı kimi böyüdür. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu ildən işləməli olur. O, Şeytanbazarda hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.

Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırmışdı. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir. 1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəkdə birpərdəli səhnələrdə oynamağa başlayır. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin müqqədir komik aktyoru Mirzəxan Quliyev olmuşdur. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun istedadına ümid edirlər[1]. Bu ümid Möhsünün səhnəyə olan eşqini daha da artırır. Möhsünün bu sənətinə paxıllıq edən və onun həvəsini söndurmək istəyənlər atası Molla Sadığın dostları idi. Bununla belə, Möhsünü sevənlər çox idi. İşsiz qalmış Möhsünü yaxın bir gürcü dostunun atası "Vano dayı" tramvay parkında qulluğa düzəldir. O, burada aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasının da vəziyyətini yüngülləşdirirdi.

Dövrünün ziyalı və tanınmış adamları Tiflisdə yaradılmış bu teatr dərnək və cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr keçirərdilər. Belə müşavirələr Mustafa Mərdanovun atası Hacı Həşim Mərdanovun bəzzaz dükanında olurdu.[2]

Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar bu teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstərirdilər. Nəriman Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşiyev, Həsənbəy Zərdabi, Üzeyir Hacıbəyov və Mərdanov qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olmuşlar.

1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-Ahəngər" tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin aqırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan: Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. Möhsün Sənani onların arasında ən gənc aktyor idi.

Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılmışdır. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa etmişdir.[3] Bunlardan "Səbuhi", "Bəxtiyar"[4], "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmləri qeyd etmək kifayətdir.

Ailəsi

redaktə

Təltif və mükafatları

redaktə

Teatr səhnəsindəki rolları

redaktə
  • Laert ("Hamlet", V.Şekspir)
  • Kassiol ("Otello", V.Şekspir)
  • Serqo ("Şeyx Sənan", H.Cavid)
  • Mixaylo ("Uzaq sahillərdə", H.Seyidbəyli və İ.Qasımov)
  • Sadiq ("Xoşbəxtlər", S.Rəhman)
  • Həsənağa ("Göz həkimi", İ.Səfərli)

Filmoqrafiya

redaktə

İstinadlar

redaktə
  1. Mədəniyyət TV. "Möhsün Sənani - 123" (az.). Youtube.com. 20.06.2023. 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-20.
  2. Modern.az. "Möhsün Sənaninin doğum günüdür" (az.). Modern. 19.06.2024. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-23.
  3. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  4. M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 127.
  5. Azərbaycan SSR Xalq artisti M.S.Sənaninin Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 iyun 1980-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı

Mənbə

redaktə
  • Mükərrəmoğlu, M. Aktyor taleyinin unudulmaz cizgiləri: [Xalq artisti Möhsün Sənaninin yaradıcılığı haqqında] //Xalq qəzeti.- 2015.- 26 iyul.- S.8.