Keşlə

Nizami rayonunda qəsəbə

KeşləBakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır.[1]

Keşlə
40°23′52″ şm. e. 49°53′55″ ş. u.HGYO
Ölkə
Bələdiyyə başçısı Ələmdar Bafadarov
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 10 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Keşlə xəritədə
Keşlə
Keşlə

Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var.[2] Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılmışdır. Qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur. Keşlə qalasının qalıqları bu yaxınlaradək qəsəbə ərazisində görünməkdə idi. Burada XVII əsrə aid məscid var. Keşlə kəndi. — Kəndin əsl adı Qışladır. Zaman keçdikcə bu söz Keşlə şəklini almışdır. Bu kənd Bakı xanları ilə sıx bağlı olmuşdur. Xanların atları, qaramal və qoyun sürüləri bu qışlada saxlanırdı. Xan öz ilxısını yoxlamaq üçün ara-sıra Keşləyə gəlirmiş. O vaxtdan xalq içərisində belə bir zərb-məsəl yaranmışdır. Birini bir yerə tələsən və qaçan gördükdə deyərdilər: Haraya tələsirsən, Keşləyə xan gəlir, nədir? [3]

Adının mənşəyi

redaktə

Keşlə adı mənbələrdə ilk dəfə XVII əsrdən çəkilir. Keçmiş adı Keşləqışlaq olmuşdur. Oykonim türk mənşəli keşli/keşlə tayfasının adını əks etdirir. XVIII əsrə aid sənəddə keşlilərin və qaramanlı tayfalarının Qazaxlı, Ələsli və Borçalı yaylaqlarından istifadə hüququ haqqında məlumat verilir.[4]

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  2. Əfəndiyev V.Ə., Qadımov F.E. Azərbaycanda qəsəbə. Bakı: EMK nəşriyyatı, 2013, s. 120
  3. Bakı kəndləri[ölü keçid]
  4. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, s. 386 (elektron variant) Keşlə kəndi. — Kəndin əsl adı Qışladır. Zaman keçdikcə bu söz Keşlə şəklini almışdır. Bu kənd Bakı xanları ilə sıx bağlı olmuşdur. Xanların atları, qaramal və qoyun sürüləri bu qışlada saxlanırdı. Xan öz ilxısını yoxlamaq üçün ara-sıra Keşləyə gəlirmiş. O vaxtdan xalq içərisində belə bir zərb-məsəl yaranmışdır. Birini bir yerə tələsən və qaçan gördükdə deyərdilər: Haraya tələsirsən, Keşləyə xan gəlir, nədir?