Kövdadıq
Kövdadıq — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarov inzibati ərazi vahidində yerləşən bir kənd.
Kövdadıq | |
---|---|
40°26′28″ şm. e. 46°55′32″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Tərtər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəKəndin ərazisi vaxtilə Qubadlı rayonundakı Kavdadıq kəndinin qışlaq yurdu olmuşdur. XIX əsrdə yaşayış məntəqəsi Bərdə rayonundan gəlmiş xəlillilər, Laçın rayonundan gəlmiş cicimlilər və Şuşa rayonundan gəlmiş talalılar nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır.
Etimologiyası
redaktəTədqiqatçılar bu oykonimi fars dilindəki "govda" (arıq at, yabı) və "-dıq" (-lıq şəkilçisinin variantı) komponentlərindən ibarət "arıq atlar, yabılar üçün ayrılmış örüş yeri" mənasında izah edirlər.[1]
Təhsil
redaktəAzərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı[2] ilə Tərtər rayonu Kovdadıq kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 230 000 manat vəsait ayrılmışdır[3].
İstinadlar
redaktə- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ "Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı. president.az (az.)
- ↑ "Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine. president.az (az.)
Tərtər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |