Jakeriya üsyanı
Jakeriya üsyanı (fr. Jacquerie, adını feodalların kəndlilərə verdiyi "sadəlövh Jak" ləqəbindən götürmüşdür) - Fransanın şimal-şərqində 1358-ci ildə, I Yüzillik müharibə dövründə, başçısı Gilyom Kal olan antifeodal kəndli üsyanı.
Üsyanın səbəbi
redaktəÜsyan ağır feodal əsarəti, iqtisadi dağıntı, muzdlu qoşunların soyğunçuluğu nəticəsində baş vermişdir.
Üsyanın gedişi
redaktəÜsyan mayın 28-də Sen-Lyed'Esseran rayonunda başlandı. Əsas kütləsi kəndlilər olan üsyançılara sənətkarlar, xırda tacirlər, kənd ruhaniləri qoşulsalar da, şəhər əhalisi qoşulmadı. Üsyançılar dvoryanların qəsrlərini, evlərini, malikanələrini dağıdır və yandırır, mükəlləfiyyət sənədlərini məhv edir, özlərini isə öldürürdülər.
Üsyanın yatırılması
redaktəSadalan hadisələrdən sonra zadəganlar üsyanın başçısı Gilyom Kalı aldadaraq danışığa dəvət edib əsir alırlar və edam edirlər. Bununla da üsyan amansızlıqla yatırılır. Təqribən 20.000 nəfər üsyançı məhv edildi. Zəif təşkil olunmuş və uzunmüddətli mübarizəyə hazır olmayan kəndlilər arasında birliyin olmaması üsyanın yatırılma səbəbləridir.
Üsyanın nəticəsi
redaktəÜsyanın yatırılmasına baxmayaraq üsyanın nəticələri kəndlilər üçün faydalı oldu. Belə ki, bu üsyandan sonra kəndlilərin şəxsi asılılıqdan azad edilməsi prosesi sürətləndi. Bunun nəticəsində XV əsrdə Fransada təhkimli kəndli vəziyyətində qalanların sayı lap az bir səviyyəyə çatdı və kəndlilər öx təsərrüfatını nisbətən inkişaf etdirmək imkanı qazandılar. Buna görə də Jakeriya üsyanının Fransa tarixində buraxdığı iz dərin və dəyərlidir.
Mənbə
redaktə- Azərbaycan Sovet Ensiklopediyası, IV cild, səh. 262
- Tarix, səh. 107