III Əhməd (Osmanlı türkcəsi: أحمدي ساليس بن محمد — Aḥmed-i sālis) (30 dekabr 1673[1][2], Dobriç[d], Silistrə əyaləti, Osmanlı imperiyası1 iyul 1736[1][3], Topqapı sarayı, İstanbul, Rumeli əyaləti, Osmanlı imperiyası) — 23-cü Osmanlı sultanı və 102-ci İslam xəlifəsi. Məşhur Lalə dövrünün sultanıdır.[4]

III Əhməd
osman. آحمد ثالث
23 avqust 1703 – 1 oktyabr 1730
ƏvvəlkiII Mustafa
SonrakıI Mahmud
Şəxsi məlumatlar
Doğum tarixi 30 dekabr 1673(1673-12-30)[1][2]
Doğum yeri
Vəfat tarixi 1 iyul 1736(1736-07-01)[1][3] (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəhbər, şair, siyasətçi
Atası IV Mehmed
Anası Əmətullah Rabiyə Gülnuş Sultan
Həyat yoldaşları
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

İlk illəri

redaktə

31 dekabr 1673-cü ildə bazar günü indiki Bolqarıstan sərhəddində yerləşən Hacıoğlubazarı qəsəbəsində dünyaya gəlmişdir. Atası Sultan Mehmed, anası isə Gülnuş Sultandır. Xanımı Gülnuş Sultanı düşkünlüyü səbəbilə özüylə səfərə aparan Sultan Mehmed o qışı yeni doğulan oğluyla birlikdə burada keçirdi. Səfər şərtləri səbəbilə uzun müddət atasıyla birlikdə ordugahları dolaşan Şahzadə Əhməd 1674-cü ilin noyabrında Ədirnə sarayına gətirildi.

26 may 1675-ci ildə başlayan və 14 gün davam edən möhtəşəm mərasimlə Ədirnə sarayında qardaşı Şahzadə Mustafayla birlikdə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. 1678-ci ildə Çehrin səfəri və 1683-cü ildə İkinci Vyana mühasirəsinə yollanan ordunu atasıyla birlikdə müəyyən yerə qədər müşayiət etdi. İlk təhsilinə 9 avqust 1679-cu ildə keçirilən saray mərasimiylə başlayan Şahzadə Əhməd öncə sultan şeyxi Vani Mehmed Əfəndidən, daha sonra Seyid Feyzullah Əfəndidən dərslər aldı.

14 yaşında ikən 8 noyabr 1687-ci ildə əmisi Sultan Süleyman taxta çıxmış, bu səbəblə atası və qardaşı Şahzadə Mustafa ilə birlikdə Şimşirlik otağına həbs olunmuşdur. Əmisi Sultan Süleymanın səltənətində onunla birlikdə 2 dəfə Ədirnəyə aparılmış, 1691-ci ilin mayında baş tutan son səyahətinin ardından taxta çıxacağı 1703 tarixinədək burada qalmışdır. Ardından digər əmisi Sultan Əhməd və qardaşı Sultan Mustafanın səltənətlərində burada qalmışdır. Nəhayət 1703-cü ildə baş verən Ədirnə hadisəsində, üsyançı cəbəcilər şeyxülislam seçdikləri Mehmed Əfəndinin təkidiylə onun taxta çıxarılmasını tələb etdi və 18 avqust 1703 tarixində Sultan Əhməd adına Çorluda xütbə oxundu.[5]

22 avqustda, yeni sədrəzəm Nişançı Əhməd Paşa tərəfindən Ədirnə sarayından alındı və ertəsi gün taxta cülus etdi. Sultan Əhməd ilk iş olaraq qardaşı Sultan Mustafa və övladlarının Ədirnə sarayına həbs olunması haqqında fərman yazdı və Darüssəadə ağası Nəzir ağanı vəzifədən uzaqlaşdırdı. Bu əsnada Nişançı Əhməd Paşanın sədrəzəmliyiniİmam Mehmed Əfəndinin şeyxülislamlığını təsdiqlədi və üsyançı cəbəcilərdən Çalıq Əhməd ağanı vəzirlik rütbəsiylə yeniçəri ağalığına yüksəltdi. Ədirnədəki Bəyazid məscidində adına oxunan xütbəni dinlədikdən sonra əsgərə paylanacaq cülus bəxşişi problemini həll etdi. Sabiq şeyxülislam Feyzullah Əfəndinin edamı, övladlarının və kürəkənlərinin həbs edilməsi və bəzi dövlət adamlarının vəzifədən alınmasından sonra İstanbula qayıtdı. 16 sentyabrda paytaxta çatan Sultan Əhməd dərhal Əyyub Sultan məscidinə getdi və burada ənənəvi olaraq qılınc qurşandı. Taxta çıxdıqdan sonra İstanbulda qarşılaşdığı ilk çətinlik cəbəciləri örnək alan yeniçəribostancıların ayaqlanması oldu. Ancaq bu hadisə tezliklə yatırıldı. Bu əsnada keçmiş şeyxülislama sadiq olan bəzi dövlət adamlarını uzaqlaşdıran Sultan Əhməd, daha sonra bacısı Xədicə Sultanla əri Həsən Paşanın köməyilə Ədirnə hadisəsinə adı qarışan Çalıq Əhməd Paşa, sədrəzəm Nişançı Əhməd Paşaşeyxülislam İmam Mehmed Əfəndini vəzifədən aldı. Beləliklə, dövlət idarəsini əsl mənada ələ alan sultan, dövrün önəmli üləmalarını və vəzirlərini ətrafında topladı. Sədarətə gətirdiyi ilk 3 sədrəzəmin (Kürəkən Həsən Paşa, Hacı Əhməd PaşaBaltaçı Mehmed Paşa) dövründə daxili məsələləri həll etdi.[6]

Səltənət illəri

redaktə

XVIII əsrin əvvəllərindən etibarən Avropanı bürüyən vərasət müharibələri, xüsusilə də Reç Pospolitanın bölüşdürülməsi uğrunda gedən müharibələrə qarışmaq istəməyən Sultan Əhməd, şərqdə də Səfəvilərlə sülhü təmin etmişdi. Ancaq Çar Pyotrun məğlub etdiyi İsveç kralı XII Karlın sultandan xəbərsiz olaraq sədrəzəm Çorlulu Kürəkən Əli Paşanın vasitəsiylə Osmanlıya siyasi mühacir olaraq alınması Rusiyanın Osmanlı imperiyasına müharibə elan etməsinə səbəb oldu. Çar Pyotrun 1700-cü ildə imzalanan İstanbul sülhünü pozması və Krım xanı Dövlət Gərayın təşviq və təhriki nəticəsində Sultan Əhməd Rusiyaya müharibə elan etdi. Beləliklə, 9 aprel 1711 tarixində Osmanlı ordusunun İstanbuldan ayrılması ilə Osmanlı-Rusiya müharibəsi başladı. Baltaçı Mehmed Paşanın rəhbərlik etdiyi Osmanlı ordusu Krım qüvvələri ilə birləşdikdən sonra, Prut çayı sahilində rusları məğlub etdi. Ancaq rusların 23 iyul 1711-ci ildə bağlanan Prut sülhünə tabe olmaması, Baltaçı Mehmed Paşanın sədarətdən alınmasına və Sultan Əhmədin yeni bir orduyla Ədirnəyə qədər irəliləməsinə səbəb oldu. Ancaq İngiltərə və Hollandiya səfirlərinin vasitəçiliyi ilə bu səfər dayandırıldı. İsveç kralı XII Karlın Osmanlı imperiyasındakı siyasi fəaliyyəti vaxtaşırı olaraq Rusiya ilə münasibətləri təhlükəyə atsa da, Silahdar Əli Paşanın sədarəti dövründə Ədirnədə bağlanan müqaviləylə (24 iyun 1713) iki tərəf arasında müvəqqəti də olsa sülh təmin edildi.[7]

Beləliklə, Rusiyadan Azov və ətraf bölgələrini geri alan Osmanlı imperiyası, Karlovitsa sülhü ilə Venesiyaya tərk etdiyi Moreya yarımadasını da geri alamağa ümidləndi və uyğun şərait gözləməyə başladı. Bu əsnada albanların venesiyalıların təhriki ilə üsyan etməsi və 1714-cü ildə bölgəyə göndərilən Numan Paşanın bir nəticə əldə etməməsi 2 ölkə arasındakı münasibətləri gərginləşdirdi. Nəticədə Sultan Əhməd sədrəzəm Əli Paşanı Moreya yarımadası ilə Aralıq dənizindəki digər adaları almaqla vəzifələndirdi və kaptan-ı dərya Xoca Mehmed Paşanı Osmanlı donanması ilə bölgəyə yolladı. Şəxsən sultanla Ədirnəyə qədər müşayət olunan Osmanlı ordusu sədrəzəmin rəhbərliyində Moreya yarımadasındakı şəhərləri fəth etməyə başladı. Bəzi Osmanlı qalaları geri alınmış, hətta bir neçə Venesiya qlası da ələ keçirilmişdi. Bu qələbənin ardından Sultan Əhməd 23 noyabr 1715-ci ildə İstanbula qayıtdı və paytaxtda mərasimlə qarşılandı. Ancaq 1716-cı ildə başlayan Korfu səfəri Avstriyanın müdaxiləsi və Osmanlı rodusunun 2 cəbhəyə ayrılması səbəbilə uğurlu olmadı. Sədrəzəm Əli Paşanın şəhid düşməsi Osmanlı ordusunun parçalanmasına və Sultan Əhmədin Korfu mühasirəsini qaldırmasına səbəb oldu. Ard-arda sədarətə gətirilən Hacı Xəlil PaşaNişançı Mehmed Paşa da Avstriya üzərində qələbə qazana bilmədi. Sultan Əhməd bütün bu səfərlər əsnasında orduyla birlikdə Ədirnəyə və Sofiyaya qədər gedir, qışı isə İstanbulda keçirirdi. Nəhayət, Avstriya ordusunun Niş qalasına qədər gəlməsinin ardından sədrəzəm Nevşəhərli İbrahim paşanın sədarətində Pojevatski sülhü bağlandı (21 iyul 1718). Beləliklə, Osmanlının artan torpaq itkisi dayanmış, Osmanlı-Venesiya münasibətləri durulmuşdur. Nəticədə sədrəzəm Nevşəhərli İbrahim paşanın səyləriylə qərb cəbhəsində sülh təmin edildi.[8]

Şərqdə Səfəviəfqanlarla olan münasibətlər son illərində Sultan Əhmədi ən çox məşğul edən məsələ oldu. Rusların Xəzər sahillərini ələ keçirməsi, ŞirvanDağıstandakı əhalinin rus zülmünə qarşı Osmanlı sultanındn yardım tələb etməsi və Səfəvilərdə baş verən daxili çəkişmələr Osmanlı ordusunun bölgəyə hərəkət etməsinə bəhanə oldu. Hətta DərbəndBakı üzərində hakimiyyət mübarizəsi Osmanlı və rus ordularına qarşı-qarşıya gətirmiş, ancaq fransız səfiri Marquis de Bonnakın vastəçiliyi ilə 23 iyun 1724 tarixində iki tərəf arasında sülh təmin edildi. Belə ki, bəzi İran şəhərləri iki dövlət arasında bölüşdürüldü. Sülhə uyğun olaraq, Osmanlı ordusu Gəncə, Naxçıvan, Xoy, İrəvan, Mərənd, Səlmas, Kirmanşah, NəhavəndHəmədanı ələ keçirdi. Bu məğlubiyyətlərin ardından Səfəvi şahı II Təhmasib İstanbul sülhünün şərtlərini qəbul etməyə məcbur oldu. Ancaq çox keçmədən əfqanlar bölgədə üsyan edərək hakimiyyəti ələ aldı və bu sülhün şərtlərini tanımadıqlarını elan etdilər. Əfqan şahı Əşrəf xan Qərbi İran şəhərlərinin onlara təslim edilməsini istəyirdi. Nəticədə 1726-cı ilin noyabrında Nəhavənd yaxınlığında Osmanlı ordusu ilə əfqanlar qarşı-qarşıya gəldilər və Osmanlılar məğlub edildilər. Əşrəf xanla imzalanan 4 oktyabr 1727 tarixli Həmədan sülhü Osmanlıların lehinə nəticələndi.

Şərq cəbhəsində uzun illərdir davam edən qanlı müharibələr Sultan Əhmədə və xüsusilə də, kürəkəni Nevşəhərli İbrahim paşaya qarşı nifrət yaratmışdı. O əsnada II Təhmasibin himayəsində güclənən Nadir xan Əfşar Osmanlıların ələ keçirdiyi bəzi İran şəhərlərini azad etmiş və buradakı Osmanlı əsgərlərini qılıncdan keçirmişdi. Bu isə paytaxtdakı Sultan Əhməd əleyhdarlarını daha da hiddətləndirmişdi. Bundan başqa səfərlər səbəbilə yeni vergilərin qoyulması, əyalətlərdəki özbaşınalıqlar, bu səbəblə əhalinin paytaxta axın etməsi və nəticədə yaranan işsizlik bütün bu narazılıqları artırırdı. Belə çətin vəziyyətdə sultanın və vəzirlərinin paytaxtın müxtəlif saraylarında keçirilən şənliklərdə əylənməsi əhalini ayaqlandırdı. Nəticədə 1730-cu ildə Patrona Xəlil üsyanı baş verdi. Hadisə əsnasında Sultan Əhməd bacısı Xədicə Sultanın Üsküdardakı sarayında idi. Baş verən ayaqlanmanı eşidən kimi, 28 sentyabr gecəsi gizlicə Topqapı sarayına gəldi. Sultan Əhməd üsyanı yatıra bilməyəcəyini başa düşdü və ertəsi gün istəklərini qəbul etdi. İlk iş olaraq sədrəzəm Nevşəhərli İbrahim paşanı və kürəkənləri sədarət kəndxudası Mehmed Paşa və kaptan-ı dərya Qaymaq Mustafa Paşanı edam edərək üsyançılara təslim etdi. Bir gün sonra isə öz taxtından əl çəkməyə məcbur oldu və yerinə qardaşı oğlu Sultan Mahmud taxta çıxarıldı. 1 oktyabr günü övladları Şahzadə MustafaŞahzadə Əbdülhəmidlə birlikdə Topqapı sarayına həbs olundu. Həyatının son 6 ilini burada keçirən Sultan Əhməd 1 iyul 1736 tarixində 62 yaşında vəfat etdi. Cənazəsi Yeni məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn olundu.

Lalə dövrü yenilikləri

redaktə

Sultan Əhməd 27 illik səltənətində, xüsusilə də kürəkəni Nevşəhərli İbrahim paşanın sədarəti dövründə iqtisadi və sosial məsələlərə önəm verdi. Yenilikçilik siyasətinin ən önəmli nümunəsi isə Çələbi Mehmed Əfəndinin oğlu Mehmed Səid Əfəndi və İbrahim Mütəfərrikanın səyləri ilə 1727-ci ildə qurulan mətbəədir. Fransız zabiti olan və Osmanlı hökumətinə sığınan de Rochefort bəzi hərbi reformasiyalar aparmağa cəhd etsə də, yeniçərilərin hədə-qorxusu ilə bu proses yarım qaldı. Əslən fransız olan bir digər reformist isə Davud ağa idi. Onun səyləri ilə Şahzadəbaşı səmtində ilk yanğınsöndürmə qurumu olan Tulumbaçılar ocağı qurulmuş, İstanbul boğazının təhlükəsizliyi məqsədilə Qız qalasına fanar yerləşdirilmişdir. Bu əsnada donanma tərsanəsi yenidən qurulmuş, ilk dəfə 3 anbarlı gəmilərin inşasına başlanılmışdır. Seyid Vehbi və Mehmed Hazinin əsərlərində təsvir olunan, dövrün toy əyləncələrində istifadə edilmiş və içərisində 5–6 nəfərin yerləşdiyi timsah şəkilli sualtı gəmilər bu dövrdə texnoloji yeniliklərin də olduğunu sübut edir. İncəsənətvə ədəbiyyat sevən sədrəzəm İbrahim Paşa dövrün məşhur şairlərini, musiqişünaslarını və sənətkarlarını ətrafında toplamış, əlyazma kitabların ölkə xaricinə aparılmasını qadağan etmişdir. Ən önəmli məsələ isə rəsmi tərcümə heyətinin qurularaq şərq və qərb ədəbiyyatından önəmli əsərlərin Osmanlı türkcəsinə çevrilməsidir.

Ədəbi həyatın da inkişaf etdiyi 12 illik bu dövrdə bir çox əsərlər yazılmışdır. Dövrün saray tarixçilərinin yazdığı əsərlərlə yanaşı, Seyid Vehbinin dövrün əyləncə həyatından bəhs edən "Surnamə" və Pojarevatsk sülhü ilə bağlı yazdığı "Sülhiyyə" əsərləri, Osmanzadə Əhməd Taib, Səfai, Səlim və İsmayıl Bəliğ kimi müəlliflərin yazdığı tərcümələr dövrün ən önəmli əsərləridir. Hətta bəzi əsərlər bu dövrdə fransız dilinə tərcümə edilmişdir. Bundan başqa Topqapı sarayında, Yeni məsciddəİbrahim Paşanın Şahzadəbaşı səmtindəki külliyəsində kitabxanalar qurulmuş, Təkfur sarayında qurulan kiçik çini emalatxanasında bu sənət sahəsi inkişaf etdirilmiş, İznikKütahyaemalatxanaları bərpa edilmiş, kirəmit istehsalına başlanılmışdır.

Belqrad meşəsindəki şirin su qaynaqlarının İstanbula daşınması üçün su bəndləri çəkilmiş, şəhərin bir neçə yerində çeşmələr, bulaqlar inşa edilmişdir. Bu dövrdə inşa edilən çeşmələrdən ən önəmlisi isə Bab-ı Hümayun önündəki III Əhməd çeşməsidir. İstanbulda yeni yollar çəkilmiş, yeni limanlar qurulmuşdur. Başda tibb sahəsi olmaqla, bir çox sahə ilə bağlı əsərlər qələmə alınmışdır. Belə ki, İstanbuldakı ingilis elçisinin xanımı Lady Montekyünün yazdığına görə, bu dövrdə İstanbulda bir çox xəstəliklərə, xüsusilə də çiçək xəstəliyinə qarşı peyvəndlər vurulurdu. Boğaziçi və Haliç sahilləri köşk və qəsrlərlə bəzədilmişdir. İyirmisəkkiz Çələbi Mehmed Əfəndinin Fransadan gətirtdiyi planlar üzrə inşa olunan bu binalarda Avropa memarlığının təsiri hiss edilmiş, bu binaların daxili interyeri məhz avropalı sənətkarlar tərəfindən bəzədilmişdir. Bu köşklər arasında ən önəmlisi İbrahim Paşanın səyləri nəticəsində 2 ay ərzində tamamlanan Kağıthane səmtindəki Sədabad qəsridir. Dövlət adamları bu səmtə axın etmiş, səmtin hər iki tərəfi ağ rəngli köşklərlə bəzənmişdi.

İbrahim Paşa, III Əhməd üçün eyş-işrətli və əyləncəli mərasimlər təşkil etmiş, bu mənada bütün bu şənliklərin simvolu lalə olmuşdur. Bu dövrdə lalənin 839 sortu yetişdirilmiş, lalə soğanlarının qiyməti bahalaşdığı üçün 1722-ci ilin oktyabrında bu qiymətləri tənzimləyən bir dövlət fərmanı qəbul edilmişdir. 8 may 1710-cu ildə qardaşı Sultan Mustafanın qızı Safiyə Sultanı Mərzifonlu Mustafa Paşanın oğlu Əli Paşayla evləndirmişdir. 1720-ci ildə oğulları Şahzadə Süleyman, Şahzadə Mehmed, Şahzadə Mustafa və Şahzadə Bəyazid üçün möhtəşəm bir sünnət mərasimi keçirmişdir. 15 gün davam edən mərasimin ardından 3 qızını və mərhum qardaşı Sultan Mustafanın qızları Ayşə SultanƏmətullah Sultanı evləndirmişdir. 21 fevral 1724-cü ildə qızları Ümmügülsüm Sultan, Xədicə SultanAtikə Sultanın toy mərasimi baş tutmuşdur.

Xüsusilə yay aylarında gecə əyləncələri olduqca dəbdəbəli keçmişdir. Tısbağaların belinə bağlanan şamlar və lalə kollarına bağlanan çıraqlarla keçirilən bu şənliklərə çox vaxt xarici ölkələrin elçiləri də qatılmışdır. Bu elçilər şənliklərə çox vaxt rəssamlarla gəlmiş, bu rəssamlardan ən məşhuru olan Jean Baptiste van Mour xüsusilə dövrün libas və yaşayış tərzi ilə əlaqədar əsərlər rəsm etmişdir. Yerli əsərlərin ən önəmliləri isə dövrün məşhur miniatur ustası olan Levniyə aiddir. Lalə mövsümü bitib qış ayları başlayanda Sultan Əhməd və vəzirləri qapalı məkanları isidərək (indiki istixana sistemi ilə) burada laləqərənfil yetişdirir, digər yandan halva ziyafətləri və söhbətləri keçirirdilər. Osmanlı sülaləsindən olanların sünnət və toy mərasimləri isə günlərlə, bəzən həftələrlə davam edirdi.

Ailəsi

redaktə

Hərəmxanası

redaktə

Oğlan uşaqları

redaktə

Qız uşaqları

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 Ahmed III // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Ahmet III // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 Ahmed (Ahmed III.) // Brockhauz Ensiklopediyası (alm.).
  4. Mehmet İpşirli, "Lâle Devrinde Teşkil Edilen Tercüme Heyetine Dair Bazı Gözlemler", Osmanlı İlmî ve Meslekî Cemiyetleri, İstanbul 1987, s. 33–42
  5. M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1980, s. 65–66, 79–80, 83–95
  6. M. Lucille Shay, The Ottoman Empire from 1720–1734 as Revealed in Despatches of Venetian Baili, Urbana 1944, s. 20–22
  7. Münir Aktepe, Patrona İsyanı 1730, İstanbul 1958, tür.yer.
  8. Ayvansarâyî, Hadîkatü’l-cevâmî‘, I, 20, 148, 300–303

Mənbə

redaktə
  • Naîmâ, Târih, VI, 21-22;
  • Silâhdar, Târih, I, 631;
  • a.mlf., Nusretnâme, İÜ Ktp., TY, nr. 5983;
  • Râşid, Târih, I, 356; III, tür.yer.;
  • Sâlim, Tezkire, İstanbul 1315, s. 52 vd.;
  • Küçük Çelebizâde Âsım, Târih, İstanbul 1282, tür.yer.;
  • Müstakimzâde, Tuhfe, s. 76-78, 99, 301, 436, 465;
  • Hüseyin Kâmî Hanyavî, Girid Târihi, İstanbul 1288, I, 42;
  • Habîb, Hat ve Hattâtân, İstanbul 1305, s. 94;
  • Mehmed Râif, Mir’ât-ı İstanbul, İstanbul 1314, tür.yer.;
  • Ahmed Refik, Lâle Devri (1130-1143), İstanbul 1331, s. 34-35;
  • İzzet Kumbaracılar, İstanbul Sebilleri, İstanbul 1938, s. 35;
  • İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1943, I, 134;
  • İstanbul 1945, II, 42-47, 302, 322-324, 492;
  • Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, tür. yer.;
  • Enver Ziya Karal, “Ahmed III”, İA, I, 165-168;
  • Semavi Eyice, “İstanbul”, İA, V/2, s. 1214/111-113;
  • H. Bowen, “Ahmad III”, EI² (İng.), I, 268-271

Xarici keçidlər

redaktə
III Əhməd
Doğum: 31 dekabr 1673 Vəfat: 6 dekabr 1736
Hakimiyyət titulları
Sələfləri 
II Mustafa
 
Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

23 avqust 1703-1 oktyabr 1730
Xələfləri 
I Mahmud
Sünni İslam titulları
Sələfləri 
II Mustafa
 
İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
I Mahmud