Gəraylar
Gəraylar (Geraylar, Giraylar[2] (əski ərəb əlifbası ilə: كرایلر; tək halda: (Gəray) كراى) — Krımda, XV əsrin əvvəllərindən 1783-cü ilə qədər — Krım xanlığının Rusiya imperiyası tərəfindən işğalına qədər, hakimiyyətdə olmuş hökmdar sülaləsi.
Gəraylar | |
---|---|
Ölkə | |
Hissəsidir | Borucigin, Çingizlilər |
Banisi | I Hacı Gəray |
Sonuncu hökmdar | Şahin Gəray |
Hazırkı rəhbər | Cəzzar Pamir Gəray |
Əsası qoyulub | 1441 |
Milliyyət | Krım tatarları |
Titullar | |
|
Sülalənin banisi Krımın ilk xanı olmuş I Hacı Gəraydır. O, uzun müddət Krımın Qızıl Ordadan ayrılması və müstəqilliyi uğrunda mübarizə aparmışdır. I Hacı Gərayın nəsil şəcərəsi barədə bir neçə versiya mövcuddur ki, bu da tarixçilər arasında mübahisələrə yol açır. Gərayların özlərinin rəsmi açıqlamalarına görə onlar Çingiz xanın nəslindəndirlər. Amma ehtimal var ki, əslində I Hacı Gəray heç də Çingiz xan nəslindən yox, əslində məşhur monqol-türk mənşəli gəraylar nəslindən idi və onun Çingiz xan nəslindən olması sonradan uydurulmuşdur.
Bu sülələnin bəzi nümayəndələri isə Kazan, Həştərxan və Qasım xanlıqlarında hakimiyyətdə olmuşlar.
Sülalənin nümayəndələrində biri - Dövlət Gəray, tarixdə daha çox, Rus çarı İvan Qroznı ilə etdiyi müharibələri ilə yadda qalmışdır.
Hal-hazırda bu nəsildən olan və Londonda yaşayan Cəzzar Pamir Gəray Krım taxtının qanuni varisi hesab edilir.
"Gəray" sözü haqqında
redaktəBu söz, sülalənin banisi olan I Hacı Gərayın adı idi və I Hacı Gərayın 6-cı oğlu olan I Mənqli Gəray tərəfindən soyadı kimi qəbul edilmişdir, - mənası "doğru", "ədalətli" deməkdir.
I Hacı Gəray nəslindən olan Qasım xanları
redaktəGəraylar sülaləsindən olan Kazan xanları
redaktə- Sahib Gəray [4] (I Səadət Gərayın oğlu), 1521—1524.
- Səfa Gəray[5] (Fəth Gərayın oğlu), 1524—1549.
- Utyamış Gəray[6] (Səfa Gərayın oğlu), 1549—1551.
Gəraylar sülaləsindən olan Həştərxan xanları
redaktə- Bahadır Gəray (I Mehmed Gərayın oğlu), 1522—1523.
Ailə şəcərəsi
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Мякотин В. А. Гиреи или Гераи (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1893. Т. VIIIа. С. 753.
- ↑ Qırım tarihı. E. Çubarovnıñ muarrirliginen. Aqmescit. Tezis. 2009 /История Крыма. Под ред. Э. Чубарова. Симферополь. Тезис. 2009/ ISBN 978-966-470-016-7.
- ↑ 1466, 1474—1475, 1476—1478-ci illərdə Krım xanı idi.
- ↑ A.o.1501— v.e.1551; 1524—1532-cü illərdə Krımda (qalğa), 1524—1532-cü illərdə isə xan olmuşdur.
- ↑ A.o.1510—v.e.1549; Sahib Gərayın qardaışı oğludur.
- ↑ A.o.1546—v.e.1566.
Xarici keçidlər
redaktə- Хронология правлений крымских ханов Arxivləşdirilib 2011-12-10 at the Wayback Machine