Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü.
Daşlıq dələsi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Daşlıq dələsi |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Qısa təsviri
redaktəBədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər.
Yayılması
redaktəDaşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Azərbaycan ərazisəndə meşə dələsinə nisbətən daşlıq dələsi geniş yayılmışdır. Hazırda əsasən Böyük və Kiçik Qafqaz sıra dağlarının qayalıqlarında, Naxçıvan MR-da, Talış dağlarının dağ və dağətəyi, eləcə də meşəlik sahələrində yayılmışdır. Ən çox Böyük və Kiçik Qafqazın dağətəyi fıstıq və qarışıq meşələrində təsadüf olunur.
Həyat tərzi
redaktəHəyat tərzi meşə dələlərində olduğu kimidir, lakin meşə dələlərindən fərqli olaraq, yaşayış məntəqələrindən çox da uzağa getmir. Qayalıq yerlərə üstünlük verir və yuvasını yarğanlarda və ağac köklərinin arasında düzəldir. Çevikliyi, cəldliyi, uzunsov bədən quruluşuna malik olması sahəsində dar dəliklərdən və deşiklərdən asanlıqla keçir.
Qidalanması
redaktəƏsasən gecə yırtıcısı olub, xırda gəmiricilərlə, quşlar, sürünənlər və suda-quruda yaşayan heyvanlarla, az hallarda isə bəzi meyvələrlə qidalanırlar.
Çoxalması
redaktəİyul ayında cütləşirlər. 236-274 gün davam edən boğazlıq dövründə sonra ana dələ 8-ə qədər bala doğur. Balalrın sayı çox vaxt 3-4-dür.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2003.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0