Apateizm
Apateizm (Apatiya yun. απάθος — ehtirassızlıq) və Teizm (yun. Θεός, Teos - tanrı) / Ateizm (yun. ἄθεος — "tanrısız") sözlərinin birləşməsi. Tanrıya laqeydlik, praqmatik ateizm və ya (tənqidi olaraq) praktik ateizm; hər hansı bir tanrıya olan inanca və ya inancsızlığa qarşı maraqsızlıq. Apateizmin tanrı(lar)ın varlığına və ya yoxluğuna qarşı bir mövqeyi olmadığından həm teizm həm də ateizm hesab edilə bilər. Apateistlər eyni zamanda tanrı(lar)ın var olub olmadığ(lar)ına dair hər hansı bir mühakiməyə qatılıb qatılmamaqla maraqlanmır. Digər bir deyişlə bir apateist, tanrı(lar)ın varlığı ilə əlaqədar sual soruşmanın mənasız və həyatıyla maraqsız olduğu fikirindədir.
Apatetik aqnostisizm və ya praqmatik aqnostisizm, hər hansı bir mübahisənin tanrı(lar)ın varlığını dəstəkləyən və dəstəkləməyən dəlillər təqdim etməyəcəyini və bir tanrının var olması vəziyyətində insanların taleyi ilə əlaqəsi olmadığını, dolayısıyla varlıq və ya yoxluğunun insan həyatı üzərində təsiri olmayacağını müdafiə edir.
Tanrı varlığının/yoxluğu haqqında dəqiq məlumat almaq ehtimalında belə apateistlerin bu mövqeyi dəyişməz.
Tarixçəsi
redaktəKeçmişdən bu yana, praqmatik ateizm bəzi adamlar tərəfindən əxlaqsızlıq, şüurlu cahillik və ya məsuliyyətsizlik olaraq görülmüş, apateist olduğu qənaət edilən insanların "tanrı, etik dəyərlər, sosial məsuliyyətlər yox imiş kimi davranır, vəzifələrindən geri qaytararaq hedonizm-i mənimsədikləri" iddia edilmişdir. Fransız Katolik filosof Étienne Borne'a görə "əməli ateizm Allahın varlığının inkarı deyil, bütün ilahi yaşamaq deməkdir; Ahlyasalarının mütləq əsaslılığının rəddi deyil, bu qanunlara üsyan edən pis əxlaqdır"
XXI əsrdə apateizme daha müsbət baxmağa başlanmışdır. Jurnalist Conatan Rauch bu məsələdə "Apateizm böyük bir vətəndaş irəliləyişi olduğu üçün qeyd olunmalıdır. Tanrı adına sərgilənmiş bir çox vəhşilikdən ibarət olan din kiçilmişdir, sosial qüvvələrin ən separatçı və ən havayısı olaraq varlığını davam etdirir. Bu üzdən apateizmin tənbəllik olduğu qərəz edilməməlidir. Tam əksinə, dini mentaliteti intizama salmağa çalışan qərarlı bir mədəni səyin məhsuludur və ümumiyyətlə mənəvi ehtirasında ixtisaslaşma istiqamətindəki qərarlı bir şəxsi səy də daxildir. Bu bir azğınlıq deyil, bir nailiyyətdir" demişdir.
Xarici keçidlər
redaktə Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |