Antiqua və Barbuda

Antiqua və BarbudaVest-Hinddə, Karib Dənizinin şərqində, Kiçik Antil adaları arxipelaqının Küləktutan adalar qrupunda dövlət.

Antiqua və Barbuda
Antiqua və Barbuda
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Each Endeavouring, All Achieving, Всеки се старае – всички постигаме, The beach is just the beginning
Rəsmi dilləri
Paytaxt Sent Cons - 32 min nəfər (2014-cü il)
İdarəetmə forması konstitusiya monarxiyası
Kraliçə III Çarlz
General-Qubernator Rodni Vilyams [VIII.2014~ ]
Baş nazir Gaston Braun [VI.2014~ ]
Sahəsi Dünyada 201-ci
 • Ümumi 443 km²
 • Su sahəsi (%) çox az
Əhalisi
 • Əhali 86 min nəfər (202-ci)
 • Siyahıyaalma (2011) 81 799 nəf.
 • Sıxlıq 194 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 1 605 million dollar  (195-ci)
 • Adambaşına 18 300 dollar  (75-ci)
Valyuta Şərqi Karib dolları
İnternet domeni .ag
ISO kodu AG
BOK kodu ANT
Telefon kodu +1268
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

redaktə

Antiqua, Barbuda, Redonda (məskunlaşmamışdır) adalarından və Antiqua adası yaxınlığındakı bir neçə xırda adadan ibarətdir. Sahəsi 443 km2 (o cümlədən Antiqua a. – 281 km2, Barbuda a. – 161 km2). Əhalisi 71,3 min (2004). Paytaxtı Sent-Cons şəhəridir (Antiqua adasında). Rəsmi dili ingilis dili, pul vahidi Şərqi Karib dollarıdır. İnzibati cəhətdən 6 icmaya və 2 qəyyumluq altında olan əraziyə (Barbuda, Redonda) bölünür. Antiqua və Barbuda BMT-nin (1981) və ADT-nin (1981) üzvüdür. Xəritədə qərbdən şərqə baxıldığında Kuba, HaitiPuerto-Riko kimi üç böyük adanın şərqində iştirak edən və şimaldan cənuba uzanmış Kiçik Antil adalar qrupunda ada ölkələrindənAmerika ölkələrindən biridir.

Yerli xalqlar E.ə. 2400-cü illərdə burada məskunlaşmışdı. Xristofor Kolumb, 1493-cü ildəki ikinci səyahətində adaya çıxmış və Antiqua adını vermişdir. Sonrakı əsrlərdə İspan, Fransızİngilislərin arasında əl dəyişdirdi. İngilislər 1667-ci ildə Antiquaya İrlandiyalı Katolik kölələr gətirərək buranı müstəmləkə etdilər. Köləlik sistemi 1834-cü ildə aradan götürüldü. Antiqua və Barbuda 1981-ci ildə, Kanada, Şotlandiya, İngiltərə, Avstraliya, Qaller, Yeni Zellandiya kimi İngilis Millətlər Birliyinə bağlı bir müstəqil ölkə oldu.

Dövlət quruluşu

redaktə

Antiqua və Barbuda – Birlik tərkibinə daxil olan unitar dövlətdir. Konstitusiyası 31.7.1981-ci ildə qəbul olunmuşdur. İdarəetmə forması – konstitusiyalı monarxiyadır. Dövlət başçısı– İngiltərə monarxıdır; o, Antiqua və Barbuda baş nazirinin təklifi ilə vəzifəyə təyin olunan general-qubernatorla təmsil olunur. Qanunvericilik hakimiyyətinin ali orqanı –ikipalatalı parlamentdir. Nümayəndələr palatası 17 üzvdən ibarətdir: 16-sı Antiquadan və 1-i Barbuddadan; majoritar sistemlə birmandatlı seçki dairələrindən 5 il müddətinə seçilir. Senat general-qubernatorun 5 il müddətinə təyin etdiyi 17 üzvdən ibarətdir: 11-i baş nazirin, 4-ü müxalifət rəhbərinin, 1-i Barbudda Şurasının təklifi ilə, 1-i isə Senatın öz qərarı ilə təyin olunur. İcraedici hakimiyyəti hökumət həyata keçirir. General-qubernator Nümayəndələr Palatası üzvlərindən birini – daha çox yer qazanmış partiyanın rəhbərini baş nazir və baş nazirin təklifi ilə nazirləri təyin edir. Hökumət Nümayəndələr palatası qarşısında məsuliyyət daşıyır.

Təbiət

redaktə

Antiqua təpəli mərcan adasıdır. Səthi cənub-qərbdə vulkan mənşəli yüksəkliklərdir (hünd. 402 m-ədək – Boqgi dağı ölkənin ən yüksək nöqtəsi). Sahil xətti çox girintili-çıxıntılıdır. Təbii limankörfəzləri (Sent-Cons, Parem, İnqliş-Harbor və s.) var. Barbuda adası mərcan mənşəlidir. Yastı səthi, qumlu çimərlikləri var. Redonda adası qayalıqdır. Antiqua və Barbudanın iqlimi tropik passatdır. Havanın ortaillik temperaturu 27oC-dir (iyulda 30oC-yə çatır). Ortaillik yağıntı 1150 mm-dir. Sentyabr–noyabr ayları yağışlı, fevral–aprel ayları quraqlıq olur. İyul–oktyabr ayları üçün qasırğalar səciyyəvidir. Çay şəbəkəsinin olmaması şirin su problemi yaradır. Faunaflora daha çox Barbuda adasında qalmışdır: tropik meşələrdə maral, qaban, laqunda su quşları. Ərazisində Nelsons-Dokyard Milli Parkı və Dayamond-Rif Dəniz Parkı var.

Demoqrafiya

redaktə

Əhalinin əksəriyyəti Vest-Hind zənciləridir (antiqualılar; 82%). ABŞ amerikalıları (12%) və mulatlar (3%) əhalinin digər qrupları arasında üstünlük təşkil edirlər.

Tarixi məlumat

redaktə

1493-cü ildə X.Kolumbun ikinci ekspedisiyası zamanı Antiqua və Barbuda adaları kəşf edilmişdir. Bu adalar müxtəlif dövrlərdə İspaniya, İngiltərə və Fransanın işğalı altında olmuş, 1667-ci ildən İngiltərənin müstəmləkəsinə çevrilmişdir. 17-ci əsrin sonlarında adalarda plantasiya təsərrüfatı yaradan ingilislər bura Afrikadan zənci-qullar gətirməyə başladılar. 1940-cı ildə İngiltərənin ABŞ ilə razılaşmasına əsasən ABŞ-nin Antiqua və Barbudada hərbi bazaları yaradıldı. 1967-ci ilin fevralın da Antiqua və Barbuda "Böyük Britaniya ilə assosiativ dövlət" statusu aldı. 1981-ci il noyabrın 1-dən Antiqua və Barbuda müstəqil dövlət olmuşdur.

İqtisadi oçerk

redaktə

ÜDM 750 mln. ABŞ dolları təşkil edir (2002, əhalinin hər bir nəfərinə 11 min doll.). ÜDM-in 77%-i xidmət sferasında, 19%-i sənayedə, 4%-i kənd təsərrüfatında yaradılır. İqtisadiyyatda məşğul olan 30 min nəfərə yaxın adamın 80%-dən çoxu xidmət sferasında, 11%-i kənd təsərrüfatında, 7%-i sənayedə çalışır. İşsizlik səviyyəsi 2001-ci ildə 11% olmuşdur. İqtisadiyyatın əsasını xarici turizm (ÜDM-in 40%-dən çoxunu verir) və ofşor maliyyə xidmətləri təşkil edir. 2000-ci ildə Antiqua və Barbudaya 237 min xarici turist səfər etmiş, bundan 290 mln. dollar gəlir əldə olunmuşdur. Əsas turizm növləri çimərlik istirahəti, dayvinq (Keyds rifində, o cümlədən batmış gəmilərin seyri), vindsyorfinqdir (Antiqua adasının qərb sahilində). Xarici gəmilərin qeydiyyatında vergi güzəştləri və peşəkar xidmət olduğuna görə subasımı 1 min tondan artıq olan 816 xarici gəmi Antiqua və Barbudanın ticarət donanmasında qeydə alınmışdır. Sənayesində başlıca yeri yeyinti sahəsi tutur (rom, çaxır, şəkər, kokos və pambıq yağı istehsalı). Məişət elektrotexnikası və elektronikası yığma üzrə, optik linza, sement istehsalı, mebel, trikotaj məmulatı buraxan kiçik müəssisələr fəaliyyət göstərir. Dulusçuluq məmulatları, parça, paltar və s.-nin kustar istehsalı vardır. Kiçik elektrik stansiyaları mazutla işləyir (ildə 105,3 mln. kVt·saatdan çox elektrik enerjisi istehsal olunur; 2001). Ölkə ərazisinin 18%-i becərilir, 9%-i otlaq, 11%-i meşəlikdir. Şəkər qamışı, pambıq, tropik meyvələr (o cümlədən manqo, banan), tərəvəz yetişdirilir. Suvarma suyu çatışmadığına görə məhsuldarlıq yüksək deyil. Ölkədə şirin su dəniz suyunu distillə etməklə əldə edilir. İri buynuzlu mal-qara saxlanılır. Balıq və omar ovlanır. Avtomobil yollarının uzunluğu 250 km-dir. Əsas dəniz limanı və beynəlxalq aeroportu Sent-Consdadır (Antiqua a.). Paltar, elektron komponentlər ixrac olunur; ərzaq, maşın və avadanlıq, kimyəvi maddələr və s. idxal olunur. Əsas ticarət tərəfdaşları Fransa, Almaniya, ABŞ-dır.

Səhiyyə

redaktə

Tibbi xidmət tibb büdcəsi və məcburi tibbi sığorta əsasında həyata keçirilir. Ölümün əsas səbəbləri: ürək-damar xəstəlikləri, yaman şiş, infeksion xəstəliklər. Səhiyyəyə qoyulan xərc 2001-ci ildə ÜDM-in 5,8%-ini təşkil etmişdir.

Təhsil

redaktə

Antiqua (1982), Vest-Hind (1949) universitetləri var.

Mədəniyyət

redaktə

İngilis müdafiə və hərbi tikililərindən Berkli (1740), Ceyms və Qout-Xill qalaları, Arsenal binası (1743), Sent-Cons kilsəsi (1681) müstəmləkəçilik dövr abidələrindəndir. Kitabxanalar Assosiasiyası (1983), Antiqua və Barbuda muzeyi (1985) var.

Əhalinin 3/4-ü protestant xristianlarıdır. Bunların da 1/3-ü Anklikandır. Adada həmçinin Katolik, Metodist və Moravyalı kilsəsi mənsubları da var.

Antiqualılar

redaktə

Antiqualılar – Antiqua və Barbudanın əsas əhalisi, xalq. Sayları təqribən 60 min nəfərdir (2004). Antiquanın kreol dilində (ingilis dili əsasında) danışırlar. Dindarları xristiandır. Antiqualıların əksəriyyəti 17-ci əsrin 2-ci yarısı – 19-cu əsrin əvvəlində Afrikadan gətirilmiş qulların nəsilləridir (kreollar). Mulatların sayı azdır, ağlar (əsasən, ingilis mənşəlilər) isə 3% təşkil edirlər. Antiqua və Barbuda müstəqil olduqdan sonra (1981) etnik birliyin təşəkkülü sürətlənmişdir. Əkinçilik (şəkər qamışı, pambıq, tərəvəz, sitrus meyvələri) məşğul olurlar. Millət kimi formalaşırlar.[2]

İstinadlar

redaktə
  1. http://chartsbin.com/view/edr.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 545. ISBN 978-9952-441-02-4.