Anna Netrebko
Netrebko Anna Yuriyevna (rus. Анна Юрьевна Нетребко; d. 18 sentyabr 1971, Rusiya, Krasnodar) — rus əsilli Avstriya opera müğənnisi, soprano ifaçı, 2008 ci ildən Rusiyanın xalq artisti. Müğənni ikili vətəndaşlığa malikdir. 2006-cı ildən Avstriya vətəndaşlığı almışdır.
Netrebko Anna Yuriyevna | |
---|---|
rus. Анна Юрьевна Нетребко | |
Ümumi məlumatlar | |
Doğum adı | Netrebko Anna Yuriyevna |
Doğum tarixi | |
Doğum yeri | Krasnodar, SSRİ |
Vətəndaşlığı | Rusiya, Avstriya |
Milliyyəti | Rus |
Həyat yoldaşı |
|
Partnyorları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Opera müğənnisi |
Fəaliyyət illəri | 1993 cü ildən |
Janr | opera |
Səs tembri | soprano |
Albom şirkəti | EMI |
Təhsili |
|
Mükafatları | |
annanetrebko.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəAnna Netrebko 18 sentyabr 1971-ci ildə Rusiyanın Krasnadar şəhərində dünyaya gəlmişdir. Atası, Yuriy Netrebko geoloq anası isə mühəndisdir. Krasnadarda musiqi ilə məşqul olan Anna “Kuban pionerləri” xorunda solist olmuşdur. Ali musiqi təhsilini Sankt-Peterburq konservatoriyasında, professor Tamara Nobiçenkonun sinifində almışdır.
1993-cü ildə Qlinka adına müsabiqənin qalibi olan Anna Marininskiy teatrına dəvət olunur. Burada o, drijor Valeri Gyorgiyevin rəhbərliyi altında geniş repertuarla çıxışlar edir. 1994-cü ildə Riqa operasına dəvət olunan Anna Netrebko “Sehrli fleyta”da “gecə kraliçasının” qızı Paminanı ifa edir. 1995-ci ildə San Fransiskoda “Ruslan və Lyudmila” operası ilə öz debüt çıxışını edir. Qonaq ifaçı kimi karyerasına başlayan Anna Netrebko həm gözəl səsi və xarizması ilə dünya opera səhnələrini və tamaşaçıların ürəyini fəth etməyə başlayır. Ona şöhrət gətirən “Sehrli fleyta”da Pamina, Sevilya bərbərində isə Rozini obrazları olmuşdur.
Anna Netrebko rus operası partiyalarının uğurlu ifaçısı kimi də tanınmağa başlamış, belə ki, o, “Ruslan və Lyudmila”da Lyudmila, “Hərb və Sülh”də Nataşa Rastovanın, “Manastırda nişan”da Luiza, “Çar gəlini”ndə Prokofyeva və Marfa obrazlarını və partiyalarını məharətlə ifa etmişdir. İtalyan repertuarından Verdinin “Riqolettosunda” ona xarakterik olmayan belkanto stilində Cildanın romantik rolunu, Puççininin “Bohema”sında Mimini, “Kapuletti və Montekki”də Culiyetta obraz və partiyalarını uğurla ifa etmişdir.
2002-ci ildə Metropoliten operasında Netrebkonun “Hərb və Sülh” operasında Nataşa Rastova obrazı ilə debüt çıxışı olur. Elə həmin il o, Zaltsburq festival çərçivəsində alm. Nikolaus Harnoncourtun rəhbərliyində tamaşaya qoyulmuş Motsartın “Don Juan” operasında Donna Anna rolunda məharətlə çıxış edir.
2003-cü ildə Anna Netrebko Münhendə tamaşaya qoyulan Verdinin “Traviatasında” Violetta roluna dəvət olunur.
27 fevral 2014 cü ildə Roma Opera Teatrında (it. Teatro dell'Opera di Roma) Cakomo Puççininin “Manon Lesko” (“it. Manon Lescaut”) operasının nümayişi anşlaqla keçib. Operada azərbaycanlı tenor Yusif Eyvazov kavaler de Qrie (Des Grieux) partiyasını, Anna isə Manon Lesko partiyasını ifa edib[2].
Şəxsı həyatı
redaktə2007-ci ildə Anna birinci əri bariton Simone Albercinidən boşanır. 2007-2013-cü illərdə Anna Netrebko uruqvaylı bariton Şrott Ervin ilə nişanlanmış olur[3], 5 sentyabr 2008-ci ildə Vyanada onların Tyaqo Arua adlı bir oğlu dünyaya gəlir. Altı illik münasibətdən sonra Anna 2013-cü ilin noyabrında Ervindən ayrılır.
2013-cü ildə Netrebko rus televiziyasında gedən "Pus't qovoryat" (“Qoy danışsınlar”) verlişində açıqlama verərək bildirmişdir ki, həkimlər onun oğluna Autizm xəstəliyinin yüngül forması diaqnozunu qoymuşlar[4]. Anna Netrebkonun gəliri 3,75 milyon təşkil edir. Sopranonun bir çıxışı 50 000 dollardır[5]. Anna Netrebko 2014 Qış Olimpiya Oyunlarının açılış mərasimində himni canlı ifa etmişdir[6]. Opera divası Anna Netrebko tərəf müqabili tenor Yusif Eyvazovla birlikdə olub[7][8]. 2024-cü ilin iyun ayında ayrıldıqlarını lakin yenə də birlikdə çıxış edəcəklərini açıqladılar.
Repertuarı
redaktəObrazlar | Bəstəkarlar | Operalar |
---|---|---|
Adina | Donizetti | L'elisir d'amore |
Amina | Bellini | La sonnambula |
Anna Bolena | Donizetti | Anna Bolena |
Antonia | Offenbax | Les contes d'Hoffmann |
Dezdemona | Cüzeppe Verdi | Otello |
Donna Anna | Volfqanq Amadey Motsart | Don Covanni |
Elvira | Bellini | I puritani |
Cilda | Cüzeppe Verdi | Riqoletto |
Covanna | Cüzeppe Verdi | Giovanna d'Arco |
Cülyetta | Bellini | I Capuleti e i Montecchi |
Cülyetta | Qounod | Romo və Cülyetta |
Gecə kraliçası | Volfqanq Amadey Motsart | Sehrli fleyta |
Ladi Maqbe | Cüzeppe Verdi | Maqbet |
Leonora | Cüzeppe Verdi | Il trovatore |
Luiza | Prokofyev | Betrothal in a Monastery |
Lusia | Donizetti | Lucia di Lammermoor |
Lyudmila | Mixail Qlinka | Ruslan və Lyudmila |
Manon | Massenet | Manon |
Manon | Cakomo Puççini | Manon Lesko |
Marfa | Rimski-Korsakov | The Tsar's Bride |
Mimi | Cakomo Puççini | Bohema |
Muzetta | Cakomo Puççini | Bohema |
Nataşa | Prokofyev | Hərb və Sülh |
Norina | Donizetti | Don Pasquale |
Pamina | Volfqanq Amadey Motsart | Sehrli fleyta |
Rosina | Coakkino Rossini | Sevilya bərbəri |
Servilia | Volfqanq Amadey Motsart | La clemenza di Tito |
Suzanna | Volfqanq Amadey Motsart | Fiqaro evlənir |
Tatyana | Pyotr Çaykovski | Yevgeni Onegin |
Violetta | Cüzeppe Verdi | Traviata |
Ksenya | Mussorqsky | Boris Qodunov |
Çerlina | Volfqanq Amadey Motsart | Don Covanni |
27 fevral 2014 cü ildə Roma Opera Teatrında (it. Teatro dell'Opera di Roma) Cakomo Puççininin “Manon Lesko” (“it. Manon Lescaut”) operasının nümayişi anşlaqla keçib. Operada azərbaycanlı tenor Yusif Eyvazov kavaler de Grie (Des Grieux) partiyasını, rusiyalı soprano Anna Netrebko isə Manon Lesko partiyasını ifa edib[2].
Haqqında
redaktə- Tənqidçilər Anna Netrebkonu “Operanın Sindi Kroufordu” adlandırırlar, “o, elə bir müğənnidir ki, tamaşaçılar ona gözləri ilə qulaq asırlar”[9].
- Münchner Merkur: “Anna Netrebko, hal-hazırda dünya səviyyəsində yeganə opera superstarıdır”.[10]
- Opera News: “Dünyada mütləq diva ...”( it. “diva assoluta del mondo…”).[10]
- Kurier: “Səadət dolu bir opera gecəsi üçün eyforik bayram”.[10]
Təltiflər
redaktə- 1993: Qlinka adına Musiqi Müsabiqəsinin qalibi.
- 2004: Exo Klassik — ilin ən yaxşı müğənnisi.
- 2004: ing. Amadeus Austrian Music Award – ilin ən yaxşı klassik sənətçisi.
- 2005: Rusiya Dövlət Mükafatı.
- 2005: İki dəfə Exo Klassik — ilin ən yaxşı müğənni və bestselleri. (Sempre Libera)
- 2006: Bambi — klassik kateqoriyası üzrə
- 2007: ing. “Goldene Feder” (“Qızıl qələm”)
- 2007: Exo Klassik — ilin bestselleri. (Rusiya Albomu) DVD (Berlin 2006)
- 2008: Rusiyanın xalq artisti[11]
- 2009: Exo Klassik — ilin ən yaxşı opera artisti.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 https://oxu.az/medeniyyet/azerbaycanin-xalq-artisti-heyat-yoldasindan-ayrildi.
- ↑ 1 2 sia.az[ölü keçid]
- ↑ "Anna Netrebko und Erwin Schrott offiziell getrennt". kurier.at. 2013-11-25. 2014-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13. (alm.)
- ↑ ["Netrebko will über Autismus aufklären (alm.)". 2014-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-23. Netrebko will über Autismus aufklären (alm.)]
- ↑ Илья Морозов. "Анна Нетребко - самый известный деятель искусства из России" (rus). kbanda.ru. 30.10.2011. 2013-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-16.
- ↑ "Вести FM, 7 февраля 2014". 2015-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-24.
- ↑ "Kurier". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-24.
- ↑ "Anna Netrebko feiert Verlobung in Salzburg (alm.)". 2014-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-24.
- ↑ "Anna Netrebko - Das Phänomen der Oper – Süddeutschen Zeitung". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-23.
- ↑ 1 2 3 "Anna Netrebko". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-24.
- ↑ Оперная певица Анна Нетребко стала Народной артисткой России Arxivləşdirilib 2008-09-30 at the Wayback Machine (rus.), RIA Novosti, 27 fevral 2008
Xarici keçidlər
redaktə- A Diva Who Breaks the Divadom Rules, The New York Times, 27 dekabr 2006
- „Anna Netrebko – der russische Opernstar“, RusslandJournal.de
- Die FAZ über das Phänomen Netrebko