Əminə Nağıyeva

Əminə Abbas qızı Nağıyeva (Sultanova) (26 mart 1919, Bakı23 iyul 1977, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943).

Əminə Nağıyeva
Əminə Abbas qızı Nağıyeva
Doğum tarixi 26 mart 1919(1919-03-26)
Doğum yeri Bakı, Azərbaycan Demokratik Respublikası
Vəfat tarixi 23 iyul 1977(1977-07-23) (58 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943

Həyatı

redaktə

Əminə Əliabbas qızı Nağıyeva (Sultanova) 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxış edib. 1936–1939-cu illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini "Sultanova" soyadı ilə oynayıb. 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülmüşdür.[1]

1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaratmışdır. Ən yaddaqalan obrazlarından Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ində Böyükxanım, Sabit Rəhmanın "Xoşbəxtlər" tamaşasında Maralı (1941) misal göstərmək olar.

Filmoqrafiya

redaktə
  1. Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: mamaça
  2. Bir məhəllədən iki nəfər (film, 1957)
  3. Bizim küçə (film, 1961)
  4. Həyat bizi sınayır (film, 1972)
  5. Qəribə əhvalat (film, 1960)
  6. Qızıl qaz (film, 1972)

İstinadlar

redaktə
  1. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. s.364