Əmətullah Sultan
Əmətullah Sultan (Osmanlıca: إيمت الله بن مصطفى ساني) (d. 22 iyun 1701 - ö. 19 aprel 1727) — 22-ci Osmanlı sultanı II Mustafanın qızı.
Əmətullah Sultan | |
---|---|
إيمت الله بن مصطفى ساني | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ədirnə, Osmanlı imperiyası |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | II Mustafa |
Anası | Şahsüvar Sultan |
Həyat yoldaşı | Kürəkən Osman Paşa |
Uşağı | Hibətullah xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktəƏmətullah Sultan 22 iyun 1701-ci ildə Ədirnə sarayında dünyaya gəldi. Atası II Mustafa, anası isə Şahsüvar Sultandır. 2 yaşı olanda atası taxtdan endirilmiş, bu səbəblə anasıyla birlikdə Köhnə saraya köçmüşdür. Gənclik illərini burada keçirən Əmətullah Sultan 1720-ci ildə əmisi Sultan Əhmədin istəyilə bibisi Fatma Sultanın dul qalan kürəkəni Mosul bəylərbəyi Osman Paşa ilə nişanlandı. Eyni mərasimlə bacısı Ayşə Sultan da Silahdar İbrahim Paşayla nigahlanmışdır.
Osman Paşanın saraya göndərdiyi qiymətli əşyalardan sonra, 9 sentyabr 1720-ci ildə şeyxülislam Abdullah Əfəndi cütlüyün nigahını bağladı. Bu evlilikdən Hibətullah adlı bir qızı dünyaya gəlmişdir. Çox keçmədən Osman Paşa müxtəlif əyalətlərdə xidmətə göndərilmiş və 1724-cü ildə vəfat etmişdir. Bir daha evlənməyən Əmətullah Sultan 3 il sonra 1727-ci ildə vəfat etmişdir.
Qızı Hibətullah xanım Sultan isə 1740-cı ilin noyabrında Hacı Əli Paşa ilə evlənmiş, 1766-cı ildə vəfat etmişdir. Məzarı Nuruosmaniyə türbəsində nənəsinin yanındadır.
Mənbə
redaktə- Mustafa Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ankara, Ötüken
- Duindam, Jeroen; Artan, Tülay; Kunt, Metin (August 11, 2011). Royal Courts in Dynastic States and Empires: A Global Perspective. BRILL. ISBN 978-9-004-20622-9
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6