Şiəlik

İslam dinində məzhəb
(Şiə səhifəsindən yönləndirilmişdir)

Şiəlik (ərəb. الشيعة‎) ― İslam dininin ikinci ən böyük məzhəbi.

Şiə müsəlmanları ibadət üçün toplanıblar (2019).

Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir.

Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir.[1]

Etimologiya

redaktə

"Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır[2]. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. :

Sünni alimi Məciduddin Firuzabadi öz lüğətində belə yazır :

"Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi. Sonradan bu ad onlar üçün rəsmiləşdi."

Cabir ibn Abdullah Ənsari (r.ə.) belə buyurub :

Rəsulallahın (s) hüzurunda olduğumuz bir vaxta Əli ibn Əbu Talib (ə) otağa daxil olduqda, Peyğəmbər (s) buyurdu:

"Canım əlimdə Olana and olsun ki, bunun (Əliyə işarə) şiələri qiyamət günü qurtuluşa yetişəcəklər".

Bu əsnada zikr edilən ayə ("İnnəlləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh"[3]) nazil oldu".[4] "Həmin ayə nazil olduqda, Rəsulallah (s) Əliyə (ə) belə buyurdu: "Sən və şiələrin, qiyamət günü Allah sizdən, sizin də Allahdan razı olduğunuz halda gələcəksiniz".[5]

İbni Abbas (r.ə.) deyir:

"İnnəlləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh" ayəsi[6] nazil olduqda Peyğəmbər (s) Əliyə (ə) buyurdu:

"Bu ayədə buyurulan şəxslər sən və sənin şiələrindir ki, qiyamətdə razılıq və sevincdə olacaqsınız və Allah da sizdən razı olacaqdır".[7][8][9]

Peyğəmbərimiz (s) belə buyurub :

"Ya Əli! Allah-təalanın; "İman gətirib saleh əməldə olanlar, yaradılmışların ən xeyirliləridir"[10] buyurduğunu eşitmədinmi ? Bax, onlar sənin şiələrindir; mənimlə sizin görüş yeriniz Kövsər hovuzunun kənarıdır. Bütün ümmət hesab üçün toplaşdıqda, "Əl və dəstamaz əzaları nurlu olanlar" deyə çağrılacaqsınız".[11][12][13][14]

Cabir ibn Abdullah Ənsari (r.ə.) belə buyurub :

"Rəsulallahın (s) hüzurunda idik. Əli (ə) bizə doğru gəldi, Peyğəmbər, "Qardaşım Əli yanınıza gəldi" buyurdu. Sonra Kəbəyə tərəf yönəldi və Əlinin (ə) əlini tutub, belə buyurdu: "Canım əlində olana and olsun ki, bu Əli və şiələri qiyamət günü qurtuluşa çatanlardırlar"… "Əli hamınızdan daha əvvəl iman gətirdi; O, Allahın əhdinə vəfalı olanlardandır. Xalqın və sizin aranızda ən adili, ən gözəl və bərabər bölüşdürən və Allah qatında məqamı ən uca olandır".[15]

"İnnəlləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh" ayəsi nazil olduqda, Rəsulallah (s) Əliyə (ə) buyurdu: "Ya Əli! Sən və şiələrin xeyrul-bəriyyəsiniz (yaradılmışların ən xeyirlisisiniz).; Sən və şiələrin, qiyamət günü Allah sizdən, siz də Allahdan razı olduğunuz halda gələcəksiniz; düşmənlərin isə, qəzəbli və (boyunlarına halqalar keçirildiyinə görə) başları yuxarı qalxmadığı bir halda gələrlər".[16][17][18]

Peyğəmbərimiz (s) belə buyurub:

"Ya Əli ! Sən, səhabələrin və şiələrin cənnətdə olacaqsınız; sənin düşmənlərin isə, cəhənnəm atəşindədirlər".[19][20]

Peyğəmbərimiz (s) Hz. Əli (ə)-a buyurub : "Sənin ümmətin arasındakı məsəlin, Məsih İsa bin Məryəmin məsəli kimidir. Çünki onun qövmü üç firqə oldu: bir firqə həvarilər olan mö᾽minlər, bir firqə yəhudi olan düşmənlər, bir firqə də, o həzrət haqqında həddi aşan ğulat (ifratçılar, Hz. Əlini AllahAllahın şəriki bilənlər). Ümmətimdə sənin haqqında üç firqə olacaq: Bir firqə mö᾽min olan şiələrin, bir firqə əhd və bey´əti pozan düşmənlərin, bir firqə də, azğın olan və sənin haqqında həddi aşan ifratçılar. Ya Əli! Sən və şiələrin cənnətdəsiniz, şiələrinin dostları da cənnətdədir; düşmənlərin və sənin haqqında həddi aşanlar isə, cəhənnəm odundadırlar".[21]

"İslamda Məhəmməd peyğəmbərin öz zamanında ortaya çıxan ilk ad "şiə"dir. Səhabələrdən dörd nəfəri "şiə" ləqəbiylə çağırırdılar: Əbuzər Ğəffari; Salman Farsi; Miqdad ibn ƏsvədƏmmar ibn Yasir.[22][23]

Şiə sözü son zamanlarda, dünyada, cəfəri məzhəbinə verilmiş ad kimi də tanınır[24]. Lakin şiə dedikdə tək cəfəri şiələri yox "İslamiyyətdə Əli-yə yoldaş" olan kimsələr nəzərdə tutulur.

Yaranması

redaktə

Əli (ə)-ın şiələri adı ilə tanınan şiəlik məktəbinin başlanması Peyğəmbəri-Əkrəmin (s) həyatı dövrünə qayıdır. 23 illik peyğəmbərlik dövründə islami təbliğat və çağırışların genişlənməsi ilə əlaqədar baş verən bir çox hadisələr, şübhəsiz, Peyğəmbərin (s) səhabələri arasında belə bir cəmiyyətin yaranmasını tələb edirdi. O hadisələr aşağıdakılardır:

Besətin ilk günlərində Allah tərəfindən Peyğəmbəri-Əkrəmə (s) öz qohum-əqrəbasını dinə dəvət etmək əmr olundu.

"(Ya Peyğəmbər,) ən yaxın qohum-əqrəbalarını (Allahdan) qorxut."[25]

Bu zaman Həzrət aşkar şəkildə buyurdu ki, sizlərdən hər kəs ilk olaraq mənim də`vətimə müsbət cavab versə mənim vəzirim, canişinim və vəsimdir. Əli (ə) hamıdan əvvəl islamı qəbul edərək Peyğəmbərə (s) iman gətirdi və verilən vədələrə layiq görüldü. Bu hədislə əlaqədar Əli (ə) buyurur:

"Mən hamıdan kiçik olduğuma baxmayaraq dedim: "Mən sənin vəzirin olaram." Peyğəmbər (s) əlini mənim çiynimə qoyaraq buyurdu: "Bu şəxs mənim qardaşım, vəsim və canişinimdir[26][27][28][29][30][31][32][33][34][35] , ona itaət edin." Camaat gülüb Əbu Talibə dedilər: "Sənə əmr etdi ki, öz oğluna itaət edəsən!"[36][37][38][39]

Bu hədisi-şərifdə və digər hədislərdə həzrət Peyğəmbərin (s) buyurduğu "min" kəlməsi ya mini bəyaniyyədir; yə᾽ni "Mənim ölümümdən sonra<" və ya mini ibtidaiyyədir; yə᾽ni "Öldüyüm andan etibarən sən ümmətimin xəlifəsisən". Hər iki halda da, Hz. Əlinin Hz. Peyğəmbərdən sonra, bütün ümmətə AllahRəsulunun xəlifəsi olduğu açıq-aydın əsaslandırılmış olur.

Adətən, hər hansı bir cərəyanın rəhbəri öz hərəkat və qiyamının ilk günlərində dostlarından birini vəzir və canişin olaraq başqalarına təqdim edir; o rəhbər belə bir şəxsi onun yolunda canından keçməyə hazır olan fədakar insanlara tanıtdırır.

b) Həm sünni, həm də şiə mənbələrinin nəql etdiyi mütəvatir hədislərə əsasən, Peyğəmbəri-Əkrəm (s) aşkar şəkildə buyurmuşdur ki, Əli (ə) danışıq, əməl və rəftarında hər növ xəta və günahdan uzaqdır.[40] Onun dediyi hər bir söz, etdiyi hər bir iş dini əsaslarla tamamilə müvafiqdir; o, islam maarifi və şəriət hökmlərini hamıdan yaxşı bilir.[41]

c) Əli (ə) misilsiz xidmətlər və vəsfolunmaz fədakarlıqlar göstərmişdir. Əli (ə)-ın Peyğəmbərin (s) hicrət gecəsində onun yatağında yatmasını buna misal göstərmək olar.[42] Bədr, Ühüd, Xəndək və Xeybər müharibələrində düşmənlər Əli (ə)-ın əli ilə məğlub edilməsəydi, islamçılar onların vasitəsilə məhv olub aradan gedəcəkdi.

d) "Qədir-Xum" hadisəsində Peyğəmbər (s) Əli (ə)-ı bütün insanların vilayət və rəhbərliyinə tə`yin edərək, onu da özü kimi ümmətin rəhbəri e`lan etdi.[43][44][45][46][47][48][49][50][51][52][53][54][55] [56][57][58][59][60][61][62][63][64][65]. Aydındır ki, hamının fikir birliyində olduğu bu kimi imtiyazlar[66][67][68][69][70] və Peyğəmbəri-Əkrəmin (s) Əli (ə)-a dərin məhəbbəti fəzilət və həqiqət aşiqi olan səhabələrdən bir qrupunun Əli (ə)-ı sevərək onun ətrafında birləşməsinə və ona itaət etmələrinə səbəb olurdu. Bunun müqabilində başqa bir qrup da o həzrətə qarşı həsəd və kin-küdurət bəsləyirdilər.

Şiəliyin firqələrə bölünməsi

redaktə

Hər bir məzhəbin bir sıra özünəməxsus məsələləri vardır ki, onun ilkin qayda və prinsiplərini təşkil edir; ikinci dərəcəli məsələlər və həmin məzhəb ardıcılları tərəfindən qəbul edilən müştərək məsələ-lərdən əlavə, onların ixtilaflı olduğu təfərrüat isə "şöbələr" adlanır. Şöbə və ya firqələrə ayrılma bütün dinlərdə, xüsusilə dörd səmavi din olan xristianlıq, yəhudilik, məcusluq və islamda da mövcuddur. Şiə məzhəbi Əhli-beytdən olan rəhbərlərin (Əli, Həsən ibn Əli, Hüseyn ibn Əli) dövründə heç bir şöbəyə parçalanmamışdır. Lakin Hüseyn öldürüldükdən sonra şiələrin əksəriyyəti Əli ibn Hüseynin imamətinə inandılar. Keysaniyyə adı ilə məşhur olan və azlıq təşkil edən bir dəstə isə Əlinin üçüncü oğlu Məhəmməd ibn Hənəfiyyəni imam hesab edərək onu vədə verilən Mehdi adlandırdılar; onların əqidəsinə görə Məhəmməd ibn Hənəfiyyə, Rəzva dağında qeybə çəkilmişdir və bir vaxtda zahir olacaqdır.

Əli ibn Hüseynin vəfatından sonra şiələrin əksəriyyəti onun oğlu Məhəmməd Baqirin imamətinə inandılar; yenə də azlıq təşkil edən bir dəstə Əli ibn Hüseynin öldürülmüş Zeyd adlı başqa bir oğlunun imamətinə inanaraq, zeydiyyə adlandılar.

Məhəmməd Baqirin vəfatından sonra şiələrin əksəriyyəti onun oğlu Cəfər Sadiqi imam kimi tanıdılar.

Cəfər Sadiq də vəfat etdikdən sonra şiələrin əksəriyyəti onun oğlu Musa Kazımı yeddinci imam kimi qəbul etdilər. Az bir dəstə isə altıncı imam Cəfəri Sadiqin sağlığında vəfat edən oğlu İsmayılı imam hesab etdilər. Bunlar da əksəriyyət təşkil edən şiələrdən ayrılaraq ismailiyyə adı ilə məşhurlaşdılar. Bəziləri də o həzrətin Abdullah adlı oğluna, digərləri isə onun Məhəmməd adlı başqa bir oğlunun imamətinə inandılar; digər bir qrup isə imamətin o həzrətdə sona çatdığını güman edərək onu axırıncı imam hesab etdilər.

Musa Kazımın ölümündən sonra şiələrin əksəriyyəti Əli Rzanı səkkizinci imam hesab etdilər; bəziləri də imamətin yeddinci imamda başa çatdığına əqidə bəsləyərək, Vaqifilik adı ilə məşhurlaşdılar.

Səkkizinci imamdan on ikinci imama qədər nəzərə çarpacaq parçalanma baş vermədi; baş versə də, bir neçə gündən sonra öz-özünə məhv olub aradan getdi. Misal üçün, onuncu imamın oğlu Cəfər, öz qardaşı Həsən Əskərinin vəfatından sonra imamət iddiası etdi; bir neçə nəfər ona inandı, lakin bir neçə gündən sonra onlar da onun ətrafından dağıldılar və Cəfər də öz iddiasından əl çəkdi.

Şiəlikdən ayrılan və əksəriyyət qarşısında dayanan bu firqələr az bir müddət ərzində aradan getdilər; bunlardan yalnız zeydiyyəismailiyyə firqələri qaldı. Hal-hazırda da onlardan bir dəstəsi Yəməndə, Hindistanda, Livanda və başqa yerlərdə yaşayırlar.[71]

Əqidə

redaktə

Şiə məzhəbinin əsas prinsipi Allahı yeganə tanrı kimi tanımaq, Məhəmməd Peyğəmbərə (s) və onun Əhli-Beytinə tabe olmaqdır. Şiəliyi sünnilikdən fərqləndirən isə ilk üç xəlifəni (Əbubəkr, Ömər, Osman) qəbul etməmələridir. Onlar Əli bin Əbu Talibi möminlərin ilk xəlifəsi kimi tanıyırlar.

Şiə məzhəbi Peyğəmbərin (s) və Onun Əhli-Beytinin məsum olduğunu vurğulayır.

Müaviyə və Əli

redaktə

656-cı ildə III Ərəb İslam xəlifəsi Osman ibn Əffan öldürüləndən sonra bir qrup səhabələrdən ibarət şura məclisi tərəfindən Əli IV Ərəb İslam xəlifəsi seçilmişdir. Və demək olar ki, əksəriyyət müsəlmanlar Əliyə beyət etmişlər. Sabiq xəlifə Osman ibn Əffanın qohumu, Şam valisi Müaviyə ibn Əbu Süfyan Əliyə qarşı çıxmış və onun xilafətini tanımadığını açıqlamışdır. Sonradan bu münaqişə müharibəyə gətirmişdir. Nəticədə iki tərəf Siffeyn döyüşündə üz-üzə gəlmişdir. Əhli Sünnə bütün bu olanlara baxmayaraq Muaviyyənin səhabə və Quran katibi olduğunu deyir, adının əvvəlində (həzrət) və sonunda (r.ə.) (Radiyallahu ən) deyilməsini müstəhəb şərt hesab edirlər. Əhli Şiə isə bütün bu hadisələrin səbəbkarının Muaviyyə olduğunu söyləyir və onu lənətləyirlər. Bu hərəkətlərinə əsas olaraq isə bəzi səbəbləri açıqlayırlar.

Şiələr iddia edirlər ki, Məhəmmədin Əli haqqındakı bu hədisinə əsasən Muaviyə Allaha qarşı çıxmışdır.

"Əli QuranladırQuran da Əli ilədir. Bunlar hovuzun başında mənə gəlincəyə qədər əsla bir-birilərindən ayrılmazlar. Əli məndəndir, mən də Əlidənəm. Kim ona pis söz desə, şübhəsiz mənə pis söz demişdir və kim mənə pis söz desə, şübhəsiz Allaha pis söz demişdir.[72][73][74][75][76][77][78][79][80][81]

Ədəbiyyat

redaktə
  • Qurani Kərim
  • Əllamə Təbətəbai, "İslamda Şiəlik", Bakı, "Nur" Mədəniyyət Mərkəzi, 2002, 260 səh.
  • Yəqubi, "Tarixi Yəqubi".
  • Seyyid Məhəmməd Şirazi, "Şebha-i Peşavər".

İstinadlar

redaktə
  1. "Mapping the Global Muslim Population". 7 October 2009. 14 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2014. The Pew Forum's estimate of the Shia population (10–13%) is in keeping with previous estimates, which generally have been in the range of 10–15%.
  2. şîî

    (a.s) şia mezhebinden olan, hilafetin Hz. Ali ve onun soyunun olması gerektiği görüşünü savunan, Hz. Ali (r.a.) taraflısı.

  3. "Bəyyinə" surəsi, 7-ci ayə
  4. Cəlaləddin Süyuti, "Dürrül-Mənsur fi kitabillahi bil-Mə᾽sur" (Əbül-Qasim Əli bin Həsəndən (İbni Əsakiri Dəməşki))
  5. Cəlaləddin Süyuti, "Əd-Durrul-Mənsur fi kitabillahi bil-Mə᾽sur" (İbni Ədidən, o da İbni Abbasdan)
  6. "Bəyyinə" surəsi 7-сi ayə : "İman gətirib saleh əməllər edənlər isə, yaradılmışların ən xeyirliləridirlər.
  7. Cəlaləddin Süyuti, "Əd-Durrul-Mənsur fi kitabillahi bil-Mə᾽sur" , 6-cı cild, 379-cu səh.
  8. "Ğayətul-məram", 326-cı səh.
  9. Hafiz Əbu Nəimi İsfahani Əhməd bin Əbdullah, "Hilyətul-övliya".
  10. Bəyyinə" surəsi 7-сi ayə
  11. Əbul Müəyyid Müvəffəq bin Əhməd Xərəzmi, "Mənaqib", 17-ci bölüm.
  12. Hakim Əbül Qasım Ubeydullah bin Əbdullahil əl-Həskani, "Şəvahidut-tənzil fi qavaidil-təfsil".
  13. Məhəmməd bin Yusif Gənci əş-Şafei, "Kifayətut-Talib", səh. 119.
  14. Sibt ibn Covzi, "Təzkirətul-xuvasul-uməti fi mə᾽rifətil-əimməti", səh. 31
  15. Əbul Müəyyid Müvəffəq bin Əhməd Xərəzmi, "Mənaqib", 9-cu bölüm.
  16. Əhməd ibn Hacər Heytəmi, "Səvaiqül Mühriqə", 11-ci bab. (Cəmaləddin Məhəmməd ibn Yusif Zərəndi Mədənidən)
  17. İbn Səbbaq Nuriddin Əli ibn Məhəmməd ibn Əhməd Maliki Məkki, "Fusulul Muhimmə", səh. 122 (İbn Abbasdan)
  18. Əllamə Səmhudi, "Cəvarihul Əqdeyn", (Cəmaləddin Məhəmməd ibn Yusif Zərəndi Mədənidən)
  19. Mir Seyid Əli Həmədani əş-Şafei, "Məvəddətül Qurba" (Ümmü-Sələmədən)
  20. İbni Hacər Məkki, "Səvaiqül-Mühriqə" (Ümmü-Sələmədən)
  21. Əbul Müəyyid Muvəffəq ibn Əhməd Xarəzmi, "Mənaqib", 19-cu bölüm
  22. Hafiz Əbu Xatəmi Razi, "əz-Zinət"
  23. "Hazirul-Alimil-İslamiy", c. 1, səh. 188
  24. Şii özel, isim (şii:) Arapça özel, isim Şiilik mezhebinden olan kimse Türk Dil Qurumu rəsmi saytı, şiə[ölü keçid]
  25. "Şuəra" surəsi, ayə-214
  26. İmam Əhməd bin Hənbəl "Müsnəd"
  27. Mir Seyid Əli Həmədani əş-Şafei "Məvəddətul-Qurba", 4-cü məvəddənin sonu
  28. Mir Seyid Əli Həmədani əş-Şafei "Məvəddətul-qurba", 6-cı məvəddənin əvvəli (Ənəs bin Malikdən)
  29. İbni Məğazili (Şafei) "Mənaqib"
  30. Əbül Qasım Hüseyn bin Məhəmməd Rağib İsfahani, "Mühazirətül-Üdəba və Mühavəratüş-Şüəra vəl-bğüləğa", ΙΙ cild, 213-cü səh. (Ənəs bin Malikdən)
  31. Məhəmməd ibn Yusif Gənci əş-Şafei, "Kifayəut-Talib" (Əbuzər Ğəffaridən)
  32. Beyhəqqi, "Mənaqib"
  33. Xətib Xarəzmi, "Mənaqib"
  34. İbni Məğazili əş-Şafei, "Mənaqib"
  35. İmam Əbu Əbdürrəhman Nəsai, "Həsaisul-Ələviyyə" 23-cü hədis (İbni Abbasdan)
  36. "Tarixi Təbəri", 2-ci cild, səh-321
  37. "Tarixi Əbil Fida", 1-ci cild, səh-116
  38. "Əl-bidayətu vən-nihayə", 3-cü cild, səh-39
  39. "Həyatul-məram", səh-320
  40. Ümmü Sələmə deyir ki, Peyğəmbər belə buyurdu: "Əli həmişə haqq və Quran ilədir, haqq və Quran da həmişə onunladır və qiyamətə qədər bir-birindən ayrılma-yacaqlar", (Bu hədis sünnülərdən 15 yol ilə, şiələrdən isə 11 yolla nəql olunmuşdur.)
  41. Peyğəmbər (s) buyurmuşdur: "Hikmət on yerə bölünmüşdür, onun doqquz hissəsi Əliyə, bir hissəsi isə bütün müsəlmanlara nəsib olmuşdur." ("Əl-bidayətu vən-nihayə", 7-ci cild, səh-359)
  42. Məkkə kafirləri Hz. Məhəmmədi (s) qətlə yetirmək məqsədilə onun evini mühasirəyə aldıqları zaman Peyğəmbər (s) Mədinəyə hicrət etməyi qərara aldı və Əli (ə)-a buyurdu: "Bu gecə mənim yatağımda yatmağa razısanmı? Qoy mənim yatdığımı güman etsinlər və onların tə᾿qibindən amanda qalım?" Əli (ə) bu təhlükəli vəziyyətdə bu təklifi cani-dildən qəbul etdi.
  43. Həskani Əbu Səid Xudri-dən c.1, s.157, h:211,212
  44. Həskani Əbu Hureyrədən c.1 s.158, h:213
  45. Əhməd ibn Hənbəl, "Müsnəd", c.4, s. 281
  46. "Tarixi İbni Kəsir", c.5, s.210
  47. "Süneni İbni Mace", "Fazlu Ali" babı
  48. "Riyadun Nadirə", c.2, s.169"
  49. "Ğayətul-məram"ın səh. 79
  50. "Əbəqat", "Qədir" bölməsi
  51. Cəlaləddin Siyuti, "Durrul-mənsur", cild-2 səh.-298
  52. Hafiz ibn Əbu Hatəm Razi, "Təfsiri-Qədir"
  53. Hafiz Əbu Cəfər, "Kitabul-Vilayət"
  54. Hafiz Əbu Abdullah, "Amili"
  55. Hafiz Əbu Bəkr Şirazi, "Ma nəzələ minəl-Quran fi Əmiril-muminin"
  56. Hafiz Əbul-Qasim Həskani, "Şəvahidut-tənzil"
  57. Bədruddin Hənəfi, "Usidətul-qari fi şərhi səhihi Buxari", cild-8, səh.-548
  58. İmam Fəxri Razi, "Təfsiri-kəbir", cild-3, səh.-636
  59. Nizaməddin Nişapuri, "Təfsir", cild-6, səh.-170
  60. Seyyid Şəhabuddin Alusi Bağdadi, "Ruhul məani", cild-2, səh-348
  61. Nurədin ibn Səbbağ Maliki, "Fusulul-muhimmə", əh.-27
  62. Əli ibn Əhməd Vahidi, "Əsbabun-nuzul", səh.-150
  63. Məhəmməd ibn Təlhə Şafei, "Mətalibus-iyul", səh.-16
  64. Mirseyyid Əli Həmədani Şafei, "Məvəddətul-Qurba", məvəddə-5
  65. Şeyx Süleyman Bəlxi Hənəfi, "Yənəbiul-məvəddəh", bab-39
  66. "Tarixi Yə᾿qubi" (Nəcəf çapı), 2-ci cild, səh-137 və 140
  67. "Əbil Fidanın tarixi", 1-ci cild, səh-156
  68. "Səhihi Buxari", 4-cü cild, səh-107
  69. "Murucuz-zəhəb", 2-ci cild, səh-437
  70. İbni Əbil Hədid, "Nəhcül-bəlağənin şərhi", 1-ci cild, səh 127 və 161
  71. Əllamə Təbətəbai, "İslamda Şiəlik", Bakı, "Nur" Mədəniyyət Mərkəzi, 2002, səh. 75–77
  72. Hakim, "Müstəsrək", c.3, s.124
  73. Əhməd ibn Hənbəl, "Müsnəd"
  74. Təbərani, "Əvsət"
  75. İbn-i Məğazili, "Mənaqib"
  76. Möttəki Hindi, "Kənzul Ummal", c.6, s.153
  77. Himvini, "Fəraid"
  78. İbn-i Hacər-i Məkki, "Səvaiq", s. 74,75
  79. Süleyman Bəlxi əl-Hənəfi, "Yənabiul Məvəddət"
  80. Cəlaləddin Süyuti, "Tarixul Xüləfa", s. 116
  81. Əbu Əbdürrəhman Nəsai, "Xəsaisul Ələviyyə"

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə