Şərif Şərifov (operator)
Şərif İsmayıl oğlu Şərifov (12 oktyabr 1938, Bakı – 26 sentyabr 2007) — Azərbaycan operatoru.
Şərif Şərifov | |
---|---|
Şərif İsmayıl oğlu Şərifov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (68 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti |
operator pedaqoq |
Fəaliyyət illəri | 1959-2000 (kinoda) |
IMDb | ID2957734 |
Həyatı
redaktəŞərif Şərifov 13 oktyabr 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1] Onun hələ uşaqlıq illərindən foto sənətinə böyük marağı var idi.[2] 1964–1970-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil almışdır.[1][3] Orada oxuduğu müddət ərzində tanış olduğu məşhur kinooperatorlar onun kamil bir sənətçi kimi püxtələşməsinə, gələcək həyat yolunu müəyyənləşdirməsinə güclü təsir etmişlər.[2]
Şərif Şərifov həm də gözəl ailə başçısı idi. O, ömür-gün yoldaşı Məhinbanu xanım, qızı Nəcibə və nəvəsi Rəsul ilə birlikdə özünü xoşbəxt hesab edirdi. Lakin vaxtsız əcəl onun arzularını yarımçıq qoydu. Şərif İsmayıl oğlu Şərifov 2007-ci il sentyabrın 26-da gözlərini əbədi olaraq yumdu.[2]
Fəaliyyəti
redaktəŞərif Şərifov ömrünün 42 ilini Azərbaycan kinosunun inkişafına həsr etmişdir. O, Əlisəttar Atakişiyev, Rasim Ocaqov, Hüseyn Seyidzadə, Şamil Mahmudbəyov, Rasim İsmayılov, Teymur Bəkirzadə və başqa rejissorlarla birlikdə çalışmış, yaradıcılığı Azərbaycan kinosunda canlı salnaməyə çevrilmişdir.[2]
1958-ci ildən[1] başlayaraq "Azərbaycanfilm" kinostudiyasında operator assistenti, operator, 1973-cü ildən isə quruluşçu operator kimi işləmişdir.[2] Bir neçə bədii və sənədli filmlərin quruluşçu operatoru olmuşdur.[1]
Onun ilk işi rejissor Muxtar Dadaşovla birgə çəkdikləri "Bizim Azərbaycan" sənədli filmi olmuşdur. Sonralar "Koroğlu" (rej. Hüseyn Seyidzadə), "Leyli və Məcnun" (rej. Lətif Səfərov), "Böyük dayaq" (rej. Həbib İsmayılov), "Yenilməz batalyon" (rej. Hüseyn Seyidzadə) filmlərinin çəkilişlərində ikinci operator kimi işləmişdir.[2]
Şərif Şərifov işlədiyi müddət ərzində müxtəlif janrlarda 50-yə yaxın sənədli film də çəkmişdi ki, onlardan "Solmaz bir bahar kimi" filmi respublika Lenin komsomolu mükafatına, "Ana Kür" filmi akademik Həsən Əliyev adına mükafata, "Əsrin müqaviləsi" filmi "Humay" mükafatına layiq görülmüşdür.[2]
Şərif Şərifov həm də 10 ildən artıq müddət ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinooperatorluq sənətindən dərs demişdi. Burada o, kinofilmlərin istehsalında özünün çoxillik bilik və təcrübəsini, sənətin incəliklərini tələbə-kinooperatorlara həvəslə öyrətmiş, 30-a yaxın peşəkar kinooperatorun hazırlanmasında böyük xidmətlər göstərmişdir. Hazırda tələbələri müxtəlif studiya və telekanallarda səmərəli fəaliyyət göstərirlər.[2]
O, öz sənəti ilə həmişə fəxr edirdi. Dərs dediyi müddətdə kinooperatorluq sənətinə aid bir neçə kitabın, metodik vəsaitin, məqalənin, proqramın müəllifi olan Şərif müəllim həmişə tədrisin elmi əsaslar üzərində qurulmasına ciddi fikir verirdi. Onun müəllifi olduğu "Kino çəkilişi texnikası" (2001), "Televiziya və onun texnologiyası" (2002), "Kinofilm və televiziya proqramlarının istehsalında kompüter texnologiyasının tətbiqi" (2003) adlı dərs vəsaitləri tələbələrin və kino mütəxəssislərinin böyük marağına səbəb olmuşdur.[2]
O, həmçinin, bir müddər Türkiyədə müəllim kimi fəaliyyət göstərmişdir.
Mükafat
redaktə- "Anam Kür" filminə görə 1994–1995-ci illər ərzində Azərbaycan Respublikasının ekologiya sahəsindəki aktual məsələlərinin, problemlərinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasına və fəal təbliğinə görə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin akademik Həsən Əliyev adına Mükafatı (1996)
Filmoqrafiya
redaktəOperator assistenti kimi
- Azərbaycan mədəniyyətinin baharı (film, 1959) (tammetrajlı sənədli film)
- Bizim Azərbaycan (film, 1959) (qısametrajlı sənədli film)
- Koroğlu (film, 1960) (tammetrajlı bədii film)
- Böyük dayaq (film, 1962) (tammetrajlı bədii film)
- Yenilməz batalyon (film, 1965) (tammetrajlı bədii film)
Operator kimi
- Azadlıq məşəli (film, 1967) (qısametrajlı sənədli film)
- Foto "Fantaziya" (film, 1970) (qısametrajlı bədii film)
- Qatır Məmməd (film, 1974) (tammetrajlı bədii film)
- Şənlik bizə yaraşır (film, 1974) (qısametrajlı sənədli film)
- Bakı kondisionerləri (film, 1975) (qısametrajlı sənədli film)
- Qələbənin yolları (film, 1976) (qısametrajlı sənədli film)
- Cənub buxtası (film, 1977) (qısametrajlı sənədli film)
- Qərib cinlər diyarında (film, 1977) (tammetrajlı bədii film)
- Şir evdən getdi (film, 1977) (tammetrajlı bədii film)
- Həyatımızın himni (film, 1978) (qısametrajlı sənədli film)
- Sirk mənim həyatımdır (film, 1978) (qısametrajlı sənədli film)
- Bizim günlərin mahnıları (film, 1979) (qısametrajlı sənədli film)
- Solmaz bir bahar kimi (film, 1979) (qısametrajlı sənədli film)
- Yol əhvalatı (film, 1980) (tammetrajlı bədii film)
- Ay alan! (film, 1981)
- Son söz (film, 1981) (qısametrajlı sənədli film)
- Əzablı yollar (film, 1982) (tammetrajlı bədii film)
- Arzuya doğru (film, 1983) (qısametrajlı sənədli film)
- Nar haqqında hər şey (film, 1983) (qısametrajlı sənədli film)
- Respublikaya üçüncü Lenin ordeni (film, 1983) (tammetrajlı sənədli film)
- Gürzə ilə əlbəyaxa (film, 1984) (qısametrajlı sənədli film)
- Əbədi iz (film, 1985) (qısametrajlı sənədli film)
- Fikrət Əmirov (film, 1985) (qısametrajlı sənədli film)
- Geriyə baxmağa dəyər (film, 1985) (qısametrajlı sənədli film)
- Xalça haqqında dastan (film, 1985) (qısametrajlı sənədli film)
- Kür – dostluq çayıdır (film, 1985) (qısametrajlı sənədli film)
- Neft-kimya maddələri layların neft hasilatını yüksəldir (film, 1985) (qısametrajlı sənədli film)
- Taca doğru addım (film, 1985) (qısametrajlı sənədli film)
- İstək olarsa (film, 1986) (qısametrajlı sənədli film)
- Məişət elektrik cihazlarından yanğın baş verməsi (film, 1986) (qısametrajlı sənədli film)
- Yataqda siqaret çəkməyin (film, 1986) (qısametrajlı sənədli film)
- Harri Qasparov (film, 1987) (tammetrajlı sənədli film)
- Koqalımdan xəbərlər (film, 1987) (qısametrajlı sənədli film)
- Xəzər gəmiçiliyi (film, 1988) (qısametrajlı sənədli film)
- Aşkarlıq aynasında (film, 1989) (qısametrajlı sənədli film)
- Ağrı (film, 1989) (qısametrajlı sənədli film)
- Kross (film, 1989) (qısametrajlı sənədli film)
- Külək haraya əsir? (film, 1989) (qısametrajlı sənədli film)
- Novruzun çələngi (film, 1989) (qısametrajlı sənədli film)
- Matəm (film, 1990) (qısametrajlı sənədli film)
- Bizim Bakı teatrı (film, 1991) (qısametrajlı sənədli film)
- İlk tamaşa (film, 1991) (qısametrajlı sənədli film)
- Qobustan (film, 1991) (qısametrajlı sənədli film)
- Ordubad (film, 1991) (qısametrajlı sənədli film)
- Veteran (film, 1991) (qısametrajlı sənədli film)
- 100 ilin astanasında (film, 1992)(I) (qısametrajlı sənədli film)
- Anam Kür (film, 1993) (qısametrajlı sənədli film)
- Əsrin kontraktı (film, 1996) (qısametrajlı sənədli film)
- Sifarişçi (film, 2000) (qısametrajlı bədii film)
İkinci operator kimi
- Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film)
- Şərikli çörək (film, 1969) (tammetrajlı bədii film)
- O qızı tapın (film, 1970) (tammetrajlı bədii film)
- Ən vacib müsahibə (film, 1971) (tammetrajlı bədii film)
- Azərbaycanın xoşbəxt torpağı (film, 1980) (qısametrajlı sənədli film)
Quraşdırılmış səhnələrin operatoru kimi
- Var olun, qızlar... (film, 1972) (tammetrajlı bədii film)
Rejissor kimi
- Anam Kür (film, 1993) (qısametrajlı sənədli film)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Şərif Şərifov" (az.). Audiovisual.az. İstifadə tarixi: 2017-11-13.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Rüzgar M. "Kinoya həsr edilmiş ömür". Xalq qəzeti (az.). arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.