Çervon
Çervon (rus. черво́нец) rusca xarici və yerli böyük qızıl sikkələrin ənənəvi adıdlr.
İlk olaraq bu qızıl sikkə nominalsız 3,3—3,5 qram çəkidə olmuşdur və dəyəri müxtəlif dövrlərdə 2—3,5 gümüş rus manatına bərabət idi. İlk rus çervonu XV əsrdə – rus çarı III İvanın dövründə, istehsal edilmiş və dövriyyəyə buraxılmışdır. Həmin vaxtlarda istənilən böyük qızıl sikkəni, imperialları və yarım imperialları “çervon” adlandırırdılar[1][2].
XX əsrin əvvəllərindən etibarən isə on manatlıq rus əskinazları (həm də qrivna, avro və s.) bəzən çervon adlanmışdır.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Нумизматический словарь (4-е изд.). Львов: Высшая школа. Автор: Зварич В.В. 1980.
- Словарь нумизмата (2-е изд., перераб. и доп.). М.: Радио и связь. Авторы: Фенглер Х., Гироу Г., Унгер В. / Пер. с нем. М. Г. Арсеньевой / Отв. ред. В. М. Потин. 1993. ISBN 5-256-00317-8.